Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbStiv Cobs

Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul "Steve" Jobs; 24 fevral 1955 – 5 oktyabr 2011) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O Apple Inc. şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Companynini əldə etdikdən sonra onun direktorlar şirkətinin üzvü olur.

XX əsrin 70-ci illərin sonunda o, Apple Inc.-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərlərilə birlikdə Apple II seriyalı kommersiya cəhətcə çox uğurlu olan şəxsi kompyuteri layihələndirir, istehsala salır və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına Ardı »

TibbElektrokardiostimulyator

Elektrokardiostimulyator (EKS) (süni ritm tənzimləyicisi (SRT)) ürək ritmini tənzimləmək üçün tibbi cihaz. Bradikardiyalı, atrioventrikulyar blokadalı, zəif sinus düyünlü xəstələrin ürək vurğularının nizamlanması üçün istifadə edilir. Ardı »

TibbDaltonizm

Daltonizm — göz xəstəliyi. Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxudda heç olmamasıdır. İrsən keçən xəstəlikdir.

İlk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinən və sonrada onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.

İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar. Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və Ardı »

TibbTraxeyanın intubasiyası

Traxeyanın intubasiyası, endotraxeal intubasiya, (nəfəs borusuna boru ya lülənin daxil edilməsi) tənəffüs ü və tənəffüs yolunun keçiriciliyini təmin etmək məqsədi ilə icra edilən anestezioloji və reanimatoloji əməliyyat. Traxeyanın intubasiyası potensial invaziv müdaxilə olduğu üçün onu icra etmək üçün böyük təcrübə tələb olunur. Bu zaman hər hansı bir xəta məsələn təsadüfən qida borusunun intubasiyası xəstənin vəziyyətinin kəskin pisləşməsinə və hətta ölümünə səbəb ola bilər. Tənəffüs yolunun keçiriciliyini təmin etmək baxımından endotraxeal intubasiya ən sığortalı metoddur.
Tarixi
Tənəffüsü təmin etmək məqsədi ilə nəfəs borusunun yarılması haqqında ilkin məlumat Qədim Misirə, e. ə. 1550 ilə aid Ebersa papirusunun 110-cu səhifəsində yazılmışdır. Hələ məşhur loğman İbn Sina Ardı »

TibbSüni ürək

Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü.
JARVIK-7, süni ürək modeli
Tədqiqat proyekti süni ürək, Vilhelm-Pik-Universiteti, Rostok

Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10-15 il müddətinə qulluq edə bilirlər.
Sistem

Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını Ardı »

TibbEyforiya

Eyforiya — insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixiatriyada Eyforiya, hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir. Yoluxucu deyil, insanın səbəbsiz şən olmağı ; çünki məmnuniyyət duyğusu şüur məhrumluğuna və kədər yaxud təlaş duymamağa söykənir. Qandakı spirt miqdarıyla əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qan içərisində 50-100 mg spirt olur. Ayrıca morfin, meperidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də Eyforiyaya səbəb ola bilər. Ardı »

Tibbİmplantat kardioverzion-defibrilyator

İmplantat kardioverzion-defibrilyator (ICD) 1980 ci ildə Mişel Mirovski tərəfindən icad edilmiş, qəfləti ölümə səbəb olan ürək ritm pozğunluqlarında mədəciklər taxikardiyası və fibrilyasiyasını aradan qaldırmaq üçün 10-40 J gücündə elektrik cərəyanı verən elektrokardiostimulyator kimi insan bədəninə implantasiya edilə bilən bir tibbi cihaz. Cihaz özü iki hissədən: diaqnostik və terapevtik hissədən ibarətdir. Diaqnostik hissənin vəzifəsi meydana çıxan potoloji ritm pozğunluğunu aşkar etmək, tanımaq, terapevtik hissə isə tanınıb analiz olunduqdan sonra ritm pozğunluğuna müvafiq 10-40 J gücündə cərəyan ötürməkdən ibarətdir. Bu cihazın köməyi ilə bədxassəli ritm pozğunluğundan əziyyət çəkən insanları qəfləti ölümün pəncəsindən qurtarmaq mümkündür. İmplantat kardioverzion-defibrilyator kiçik cərrahi müdaxilə ilə döş qəfəsi, körpücükaltı Ardı »

TibbAçıq arterial axacaq

Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur.
Patoanatomiyası

Açıq arterial axacaq adətən tipik olaraq sol ağciyər arteriyasının ayrıldığı yerdə aorta qövsü ilə ağciyər arteriyası arasında bir rabitə damarıdır. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur.
Patofiyiologiyası

Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər Ardı »