Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixİvan Abxazov

İvan Nikolayeviç Abxazov-(1764-1832), knyaz, general-mayor



Həyatı[redaktə]
O, Tiflisdə knyaz ailəsində anadan olmuşdur. Atası da çara sədaqətli xidməti ilə "şöhrət" qazanmışdı. Atası oğlunun gələcəkdə yaxşı bir zabit olacağı ümidilə onu Tiflisdəki hərbi məktəbə vermişdi. O, əvvəlcə general A. P. Yermolovun, sonra isə İ. F. Paskeviçin yanında qulluq etmiş, onların xarakterində mövcud olan bir çox keyfiyyətləri əxz etmişdi.

İ. N. Abxazov rus qoşunlarının Azərbaycana işğalçı yürüşlərinin demək olar bir çoxunda iştirak etmişdi. Müharibələrdə öz sələflərindən heç də geri qalmırdı. İnsan qanı axıtmaqda, işğalçılıqda mahir usta idi.

İ. N. Abxazov polkovnik rütbəsində olduğu vaxt, daha yeni bir vəzifə aldı. O, Qafqazda müsəlman əyalətləri idarəsinin başçısı təyin olundu. Yeni Ardı »

Ölkələrinə görə tarixPeloponnes müharibəsi

Peloponnes müharibəsi (E.ə. 431 - E.ə. 404) — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.

Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi.

Tarixçilər Ardı »

Ölkələrinə görə tarixNapoleon müharibələri

Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796—1797) və onun Misir ekspedisiyası (1798—1799), Fransız inqilabı müharibəsi daxildirlər. 18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu Ardı »

Ölkələrinə görə tarixOsmanlı donanması

Osmanlı Donanması ya da köhnə adıyla Donanma-yı Hümâyûn — Osmanlı Dövlətinin dəniz qüvvələri. XIV əsrdə yaradılıb. Osmanlı Dövləti 1323-cü ildə Qaramürsəli fəth edərək dənizə çatdı. Qaramürsəl bəyin rəhbərliyində ilk donanma yaradıldı və Kocaelidə baş verən döyüşlərdə dənizdən dəstək təmin edildi. 1327-ci ildə Qaramürsəldə ilk Osmanlı limanı quruldu və beləcə dəniz gücünün rəsmiləşdirilməsi işləri başladı . Osmanlı donanmasında iyerarxiya sistemə keçildi. İlk Derya Bəyi (Donanma Komandiri), Qaramürsəl bəy oldu. 1337-ci ildə Kocaeli ələ keçirildi. Beləliklə 1353-cü ildə reallaşacaq olan Rumeliyə keçidin yolu açıldı. Bundan sonra donanmanın mərkəzi sırasıyla İzmit, Gelibolu və son olaraq da İstanbul oldu. İstanbulun fəthində II Mehmet donanmadan faydalandı. Ardı »

Ölkələrinə görə tarixİrakliy Metaksa

İrakliy Metaksa (1889— 20 sentyabr 1918)- dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik.

Həyatı[redaktə]

İrakli Metaksa pilotlarla birlikdə
1889-cu ildə Batumidə, Pont yunanları ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və otel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofiy Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakliy Metaksa Ardı »

Ölkələrinə görə tarixSakit okeanı müharibəsi

Sakit okeanı müharibəsi — 1879 - 1884-cü illərdə, Çili, Peru və Boliviya arasında Region Arica y Parinacota, Region de Tarapaca və Region de Atacama əraziləri uğrunda aparılmış müharibə.Müharibədən önçə Peru və Boliviya gizli anlaşma ilə Çiliyə qarşı ittifaq imzaladılar.Çilinin vəziyyəti bu ərəfədə heçdə yaxşı deyildi beləki, o uzun zaman ölkənin cənubunda onlara baş əyməyən hindulara qarşıda vuruşurdu. Bu müharibə Araukaninin iştilasında müəyyən durğunluq yaratmasına səbəb olur.

Müharibə öncəsi vəziyyət[redaktə]
1810-1830 cu illərdə İspaniyanın kolniyalarındakı hökmranlığı Cənubi Amerikada yavaş-yavaş sona catması ilə bölgədə Qurtuluşunu yeni elan edilən Çili 1817,Boliviya 1825,Peru 1827 ölkələri Sakit Okean sahillərinə sahib ücün mübarizə başlayır.Boliviya daha öncə İspaniyanın müyyənləşdirdiyi sərhədin Ardı »

Ölkələrinə görə tarixTrafalqar döyüşü

Trafalqar döyüşü (ing. Battle of Trafalgar, fr. bataille de Trafalgar, isp. batalla de Trafalgar) — Böyük Britaniya və Fransa, İspaniya hərbi dəniz donanmaları arasında 12 oktyabr 1805-ci ildə, İspaniyanın Atlantik okeanı sahillərindəki Trafalqar burnunda, Kadis şəhəri yaxınlığında baş vermiş tarixi dəniz döyüşü. Napoleon müharibəsinin bu həlledici döyüşündə Böyük Britaniya heç bir gəmi itkisi vermədiyi halda, Fransa və İspaniya birlkdə 22 gəmi itirmişdir. Döyüşdə ingilis donanmasının komandanı vitse-admiral Horatsio Nelson həlak olmuşdur.
Səbəbləri[redaktə]
1803-cü ildə uzun sürməyən Amien sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.

1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa Ardı »

Ölkələrinə görə tarixNikolay Suxov

Nikolay Dmitriyeviç Suxov (d. 8 avqust, 1914, Rusiya – ö. 26 oktyabr, 1983, Soçi) — Sovet İttifaqı Qəhrəmanı (1 iyul 1944)Həyatı[redaktə]
Nikolay Suxov 8 avqust 1914-cü ildə Rusiyanın Saratov vilayətinin Volsk şəhərində rus ailəsində anadan olub. 1937-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya kapitanı 1940-cı ildə Odessa Hərbi Aviasiya məktəbini bitirmişdir. 1-ci Belarusiya Cəbhəsində 16-cı hərbi ordusunun 27-ci bombardımançı alayının eskadrilya komandirinin müavini olmuşdur. Belarusiyanın Qomel şəhərində düşmənin xeyli təyyarəsini məhv etmişdir. Stalinqrad, Xarkov, Bobruysk, Oryol və Polşadakı döyüşlərdə iştirak etmişdir.

1 iyul 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən Ardı »