Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixKolumbiya-Peru müharibəsi (1932-1933)

2-ci Kolumbiya və Peru müharibəsi— 1932-1933 illərdə Peru və Kolumbiya arasında ərazi mübahisəsindən başlanan müharibə.
Müharibənin səbəbi[redaktə]
Müharibənin əsas səbəbi Peru və Kolumbiya arasındakı ərazi mübahisəsi idi.24 mart 1922 hər iki tərəf <> anlaşmasını imzalayır.Sazişə görə Letisia ərazisi (Letisia və Loreto çay limanları) Boyo-Amozonas hövzəsi Kolumbiyaya verilir.1932 -ci ildə Peru prezidenti polkovnik Luis Sances Serro anlaşmaya yenidən baxılmalı olduğu və Letisia limanının Peruya verilməli olduğunu bildirdi.

Qüvvələr[redaktə]
Peru quru qoşunlarında 5 diviziya,1kavalerlər briqadası,Milli qvardiya ,dənizdə 2 kreyser,5 çayda hərəkət edən kanoner və 60 təyyarəyə sahib idi.Kolumbiya 5 quruda hərəkət edən diviziya ,1kavalerlər briqadası,3dəniz və 6 çayda hərəkət edən kanoner qayığı,20 təyyarəsi var idi.

Hərbi əməliyyatlar[redaktə]
1 sentyabr Ardı »

Ölkələrinə görə tarixBirinci Sakit okean müharibəsi

Birinci Sakit okean müharibəsi (isp. Primera Guerra del Pacifico).Müharibə İspaniya Peru və Çili qarşı apardığı müharibə olsada sonrada Ekvador və Boliviyanın münaqişəyə qoşulması ilə daha geniş xarakter alır.Münaqişənin başlaması 14 fevral 1864-ci ildə İspanların Cinca adasını işğalı ilə başlayır.1883-ci ilin 12 iyulunda sülh müqaviləsinin imzalanması ilə bitmişdir.Ancaq əslində isə fəal hərbi əməliyyatlar 1866-ci ildən bitir.Bu addım İspaniyanın Cənubi Amerikanı qaytarmaq üçün son cədhi idi.İspanlar bu müharibəni isp. Guerra del Pacifico yəni Sakit okean müharibəsi adlandırırdılar.Çililər isə müharibəyə isp. Guera contra Espoña demişlər Ardı »

Ölkələrinə görə tarixPavel Qraçov

Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.

Həyatı[redaktə]
Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub.

Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb.

Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi.

Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. Ardı »

Ölkələrinə görə tarixVidadi Nəciyev

Vidadi Məhərrəm oğlu Nəciyev (1966-1985) — Əfaqanıstanda gedən güclü döyüşdə qəhramancasına həlak olmuş azərbaycanlı şəhid.

Həyatı[redaktə]
Vidadi Məhərrəm oğlu Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb . 1984-cü ildə isə həmin məktəbi bitirmişdir.

1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Xidmətə başladığı müddətdən özünü layiqli, nümunəvi əsgər kimi göstərmiş, komandirlərinin və əsgər yoldaşlarının böyük hörmətini qazanmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. (1979 cu ildə Əfqanistanda siyasi çevriliş baş Ardı »

Ölkələrinə görə tarixDunay knyazlığı

Dunay knyazlığı (rum. Principatele Dunărene (Молдо-Валахия, yun. Μολδοβλαχία) — XIV—XIX əsrlərdə mövcud olmuş Moldov knyazlığı və Valaxiya knyazlığı dövlətlərini adlandırmaq üçün istifadə edilən termin. Knyazlıqların mövcudluğu dövründə istifadə edilməyib. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi imzalanandan sonra Avstriya imperiyasında işlədilib.
Tarixi[redaktə]
Dunay knyazlığı bir çox tarixi hadisələrə şahidlik edib.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Kırım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım Ardı »

Ölkələrinə görə tarixSibot döyüşü

Sibot adaları döyüşü — Korinf və Kerkira arasında Epidamn münaqişəsi çərçivəsində E.ə. 433-cü ildə baş vermiş dəniz döyüşüdür. Bu o vaxtadək yunan polisləri arasında baş vermiş ən böyük dəniz döyüşü idi
Döyüşdən əvvəlki hadisələr[redaktə]
Kerkira və Korinfin birgə koloniyası olan, zəngin və çoxlu əhali yaşayan Epidamn (Roma dövründə Dirraxi, indi isə Albaniyanın Durres şəhəri) şəhərində e.ə. 436-cı ildə demokrat və oliqarxlar arasında toqquşma baş verdi. Məğlub olmuş oliqarxlar köməyə qonşu İlliriya tayfalarını çağırdı və onlar şəhəri talan etdi. Buna qarşılıq olaraq oliqarxik Kerkiradan kömək almayan demokratlar Delf kahinin yanına səfirlik yolladılar. Bu səfirliyin məqsədi şəhər üzərində bütün hüquqları Korinfə vermək məsələsinin mümkünlüyünü araşdırmalı Ardı »

Ölkələrinə görə tarixLomonosov (şəhər) - Gerb və bayraq

Şəhərin gerbi İmperatriça II Yekaterina tərəfindən 7 may 1780-ci ildə təsdiq edilmişdir. Bunun səbəbi, o dövrdə saray slobodasının şəhərə çevrilməsi və eyniadlı mahalın mərkəzinə çevrilməsi idi. Gerbin üzərində narıncı (portağal) ağacı təsvir olunmuşdu:

"„Gümüş rəngli sahədə meyvəli narıncı ağacı“."
1859-cu ildə Oranienbaum gerbinin yeni layihəsi tərtib olunmuşdur:

"„Gümüş sahəsində qızıl meyvəli yaşıl ağac. Sərbəst hissədə Sankt-Peterburq vilayətinin gerbi. Qalxanın üstündə üç dişli qırmızı tac, yan hissələrdə isə Aleksandr lenti ilə bəzədilmiş çapraz iki qızıl lövbər“."
16 avqust 2007-ci il tarixli Lomonosov Bələdiyyə Şurasının 234 nömrəli qərarına əsasən, şəhər gerbin təsvirində, həmçinin burada əsasnamənin bəzi detal və mətnində korrektələr edilmişdir. Əsasnamənin mətnində gerbin təsviri:

Lomonosov bələdiyyəsinin heraldika-gerb Ardı »

Ölkələrinə görə tarixSSRİ avtomatları - AK-74

AK-74 (rus. Автомат Калашникова образца 1974 года) — Qərb ölkələrinin orduları tərəfindən 5.56 mm kalibrli silahlar istifadəyə verildikdən sonra SSRİ-də AKM-in yeni növü AK-74 meydana çıxdı. Konstruksiyasının standart Kalaşnikov avtomatına uyğun gəlməsinə baxmayaraq o 5.45 mm-lik patronlar ilə təmin edilib və çox praktikdir. Atəş açılandan sonra güllələrin bir-biri ilə məsafəsi 90 metrdir Ardı »