Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixİngilis-əfqan müharibələri

Birinci ingilis-əfqan müharibəsi (1838-1842)[redaktə]
Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı Ardı »

Ölkələrinə görə tarixValaxiya

Tarixi[redaktə]
Fateh II Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da imperiyanın tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da Osmanlılardan asılı vəziyyətə düşdülər.

1806-cı ildə rus qoşunlarının Moldaviya və Valaxiyanı tutması səbəbindən Türkiyə 1806-cı il dekabrın 27-də Rusiyaya müharibə elan etdi. Müharibə təxminən 6 il davam etdi. Buxarestdə aparılan sülh danışıqları 1812-ci il mayın 16-da tərəflərin sülh müqaviləsi imzalması ilə qurtardı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi və Dunay çayında rus gəmilərinin gediş-gəliş hüququ təsdiq edildi. Moldaviya və Valaxiya Türkiyəyə qatıldı. Serbiyaya isə özünüidarə hüququ verildi. Ardı »

Ölkələrinə görə tarixXanlar ağa Sarıcalı-Cavanşir

Xanlar ağa Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir-(1775-1831), polkovnik, sərkərdə



Həyatı[redaktə]
Ibrahimxəlil xanın bеşinci oğlu Xanlar ağa 1775-ci ildə Şuşa şəhərində anadan olmuşdu. (Anası Bikə ağa Məhəmməd Nutsal xan Avarın qızı idi). Saray təhsili almışdı. Qarabağ xanlığının siyasi yaşamında sərkərdə kimi önəmli rol oynamışdı. Kürəkçay traktatının nəticələrinə görə polkovnik rütbəsi almışdı. Xanlar ağa atasının hakimiyyəti dönəmində qoşun başçısı, sərkərdə idi. Əsasən Qaraçorlu mahalını, Hacısamlı nahiyəsini idarə еdirdi.Bir çox döyüşlərdə iştirak еtmişdi. Saray intiriqaları nəticəsində onu böyük qardaşı Məhəmmədhəsən ağaya qarşı istifadə еtmək istədilər. O, bu işə qol qoymadı. Xanlar ağa böyük mülkədar idi. Lənbəran, Daşbulaq, Kövük, Bazarkənd, Damğalı adlı kəndləri, Hacısamlı, Nəzirli, Cinli və Binələr Ardı »

Ölkələrinə görə tarixSuriya vətəndaş müharibəsi

Suriya vətəndaş müharibəsi Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub.
Etiraz nümayişləri[redaktə]
Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər Ardı »

Ölkələrinə görə tarixMakedoniya müharibələri

Makedon müharibələri (e.ə III-II-ci əsrlər) — Roma ilə Makedoniya arasında Yunanıstan üzərində heqemoniya uğrunda gedən və Makedoniyanın darmadağın olunması ilə bitən üç müharibə. Kann döyüşündən sonra Makedoniya çarı V Filipp Makedoniyalı Romaya qarşı Hanniballa ittifaqa daxil oldu. Makedoniya İliriya üzərində heqemonluğunu qurmaq, Adriatika sahillərinə çıxmaq və Kiçik Asiyada öz ərazilərini genişləndirmək istəyirdi.
Birinci Makedon müharibəsi(e.ə 215-205)[redaktə]
Romalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya Ardı »

Ölkələrinə görə tarixRusiya vətəndaş müharibəsi

Rusiya vətəndaş müharibəsi (rus. Гражданская война в России) - 1917 - 1922-ci illərdə Oktyabr inqilabı nəticəsində hakimiyyətə gəlmiş bolşeviklərlə, çox sayıda rus muxalif qrupları arasında baş vermiş vətəndaş müharibəsi. Əsas döyüşlər Sovet Rusiyasına tabe olan Qızıl Ordu və Rusiya İmperiyasına tabe olan Bəyaz Ordu arasında getmişdir. Vətəndaş müharibəsində Sovet Rusiyasının qalib gəlməsin nəticəsində dünyada ilk sosialist hakimiyyət yaradılıdı. Ardı »

Ölkələrinə görə tarixŞirin kələntər Yağləvəndli-Cavanşir

Şirin kələntər Səfixan ağa oğlu Yağləvəndli-Cavanşir —Cavanşir elinin Yağləvənd oymağının kələntəri, Qarabağ xanlığının sərkərdəsi.

Həyatı[redaktə]
Şirin ağa Səfixan ağa oğlu təxminən 1760-cı ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili görmüşdü. Atasından sonra oymağın kələntəri olmuşdu. El içində çavlanan "qələndər olmadıq, kələntər olduq" kəlamının müəllifidir. Şirin ağa bu deyimi ulu babalarının el içində xəlifə olmasına işarə ilə söyləmişdi.

Xəlifə—Səfəviyyə təriqətinin mürşidləri tərəfindən şəcərə ilə təyin olunan dini-dünyəvi vəzifə idi. Xəlifələr elin nizam-intizamına, dini qayda-qanunlara riayət edilməsinə və digər işlərə cavablı sayılırdılar.

Kələntər isə dövlət rəhbərləri tərəfindən təliqə ilə təyin olunan inzibati vəzifə idi. Kələntərlər oymağı savaşa aparır, vergi toplayır, qayda-qanuna riayət edilməsinə nəzarət edirdilər. Ardı »