Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Keriməl-Maun (Zəkat) surəsi

.107.
əl-Maun (Zəkat) surəsi1
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü2?
2.O elə adamdır ki, yetimi itələyib qovar3 (haqqını verməz);
3.Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
4.Vay halına o namaz qılanların ki,
5.Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
6.Onlar (namazlarında) riyakarlıq edər,
7.Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər). Ardı »

Qurani Kerimət-Təğabün (Qarşılıqlı aldanma) surəsi

.64.
ət-Təğabün (Qarşılıqlı aldanma) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
2.Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
3.O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi2, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir. ) Axır dönüş də Onun hüzurunadır!
4.O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
5.(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib Ardı »

Qurani KerimMüsəlmanların Qurana baxışları

Hal-hazırda bütün dünya müsəlmanlarının əlində olan Quran eynilə Peyğəmbəri-Əkrəm-ə nazil olan Qurandır və onun hətta bir kəlməsi belə, artırılıb və ya azaldılmamışdır. Təfsir, üsuli-fiqh və s. elmlər sahəsində yazılan çoxlu kitablarda bu müddəaya dair aşkar mətləblər mövcuddur, əqli və nəqli dəlillər vasitəsi ilə də sübut olunmuşdur.bütün müsəlman alimlərinin – istər şiə, istərsə də sünnü – fikir birliyinə əsasən, inanırıq ki, Qurana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsasən, Qurandan heç bir şey azaldılmamışdır. Hər iki qrupdan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azaldılmasına inanırlar ki, onların da sözləri məşhur İslam Ardı »

Qurani Keriməl-İsra (Gecə vaxtı seyr) surəsi

.17.
əl-İsra (Gecə vaxtı seyr) surəsi
(Məkkədə nazil olmuşdur, 111 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!2 M
2.Biz Musaya kitab (Tövrat) verdik və: “Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)” -deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik.
3.Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!
4.Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz Ardı »

Qurani Kerim97. Əl-Qədr (Qədr gecəsi) surəsi

97. Əl-Qədr (Qədr gecəsi) surəsi

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!

2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!

3. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).

4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər Ardı »

Qurani Kerim7. Əl-Əraf (Sədd) surəsi

7. Əl-Əraf (Sədd) surəsi

1. Əlif, Lam, Mim, Sad.

2. Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın!

3. Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!

4. Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi.

5. Əzabımıza düçar olduqları zaman onların: "Biz həqiqətən, zalım olmuşuq!" - deməkdən başqa heç bir sözləri olmamışdır.

6. (Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də Ardı »

Qurani Kerim21. Əl-Ənbiya (Peyğəmbərlər) surəsi

21. Əl-Ənbiya (Peyğəmbərlər) surəsi

1. İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).

2. Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər.

3. Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): "Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Quran sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?" - dedilər.

4. (Peyğəmbər Məkkə Ardı »

Qurani Kerimən-Nəhl (Bal arısı) surəsi

.16.
ən-Nəhl (Bal arısı) surəsi
(Məkkədə nazil olmuşdur, 128 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah pakdır və Ona şərik qoşulan bütlərdən ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
2.(Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!”
3.(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
4.Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, Ardı »