Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Keriməl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi

.101.
əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ürəkləri dəhşətə salan qiyamət2!
2.Nədir qiyamət?!
3.Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
4.O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyitrkə kimi bir-birinə qatışacaq);
5.Dağlar isə didilmiş yun kimi olacaqdır3!
6.(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə4,
7.(Cənnətdə) xoş güzəran içində olacaq5!
8.Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
9.Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
10.Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
11.O çox qızmar bir atəşdir! Ardı »

Qurani Keriməl-Cinn (Cinlər) surəsi

.72.
əl-Cinn (Cinlər) surəsi
(Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.
2.O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.
3.Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!
4.Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.
5.Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan Ardı »

Qurani Keriməş-Şuəra (Şairlər) surəsi

.26.
əş-Şuəra (Şairlər) surəsi
(Məkkədə nazil olmuşdur, 227 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ta, Sin, Mim!
2.Bunlar (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
3.(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
4.Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
5.Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir yeni öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
6.Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
7.Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
8.Şübhəsiz Ardı »

Qurani Kerim98. Əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi

98. Əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi

1. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.

2. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).

3. O səhifələrdə doğru-dürüst hökmlər vardır.

4. Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).

5. Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

6. Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm Ardı »

Qurani Keriməl-Muddəssir (Bürünüb sarınan) surəsi

.74.
əl-Muddəssir (Bürünüb sarınan) surəsi
(Məkkədə nazil olmuşdur, 56 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!
2.Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!
3.Öz Rəbbini uca tut!
4.Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
5.(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)
6.(Etdiyin yaxşılığı) çox bilib başa qaxma! (Heç kəsə minnət qoyma!)
7.Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbir et!
8.Elə ki, sur çalındı2,
9.O gün çox ağır bir gün olacaqdır;
10.(O gün) kafirlər üçün asan olmayacaqdır!
11.(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax3! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)
12.Mən ona bollu mal-dövlət Ardı »

Qurani Kerim103. Əl-Əsr (Axşam çağı) surəsi

103. Əl-Əsr (Axşam çağı) surəsi

1. And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,

2. İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?

3. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) Ardı »

Qurani Keriməş-Şura (Şura) surəsi

.42.
əş-Şura (Şura) surəsi
(Məkkədə nazil olmuşdur, 53 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ha, Mim!
2.Eyn, Sin, Qaf!
3.(Ya Rəsulum!) Yenilməz qüvvət sahibi, hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy edir!
4.Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur!
5.Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!
6.(Ya Peyğəmbər!) Allahdan başqasını dost tutanlar üzərində Allah Özü nəzarətçidir. Sən onlara zamin deyilsən! (Sənin vəzifən yalnız risaləti, Allahın hökmlərini təbliğ etməkdir!)
7.(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini Ardı »

Qurani Keriməl-Hucurat (Otaqlar) surəsi

.49.
əl-Hucurat (Otaqlar) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ey iman gətirənlər2! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
2.Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi3 onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
3.Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!
4.(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!
5.Əgər onlar sən qarşılarına çıxıncaya qədər səbir etsəydilər, (bu, Ardı »