Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiYezid ibn Əhməd

Yezid ibn Əhməd – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yezidin atası.
Fəaliyyəti[redaktə]
Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yezid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yezidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, Ardı »

Şirvanşahlar dövlətiƏbu Mənsur Əli ibn Yezid

Fəaliyyəti[redaktə]
Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri Ardı »

Şirvanşahlar dövlətiƏbu Tahir Yezid ibn Məhəmməd

Fəaliyyəti[redaktə]
Atası I Məhəmməd ibn Yezidin ölümündən sonra hakimiyyətə gələn Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvana da sahib olmaq üçün səbirlə məqam gözlədi. Adamlarının əksər hissəsi əsir alınıb öldürülən Əli ibn Heysəmin zəifləməsindən istifadə edən Yezid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və nəvəsi – Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaçdı. "Beləliklə, xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı (əminəvəsi Yəzidin) evinə köçdü..."

"Tarix-i əl-Bab"a görə Əbu Tahir Yezid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yezid ibn Məzyəd ibn Zaidə əş-Şeybani h.305 (917)-ci ildə Şirvanı zəbt etmiş, h.306 (918)-cı ildə Ardı »

Şirvanşahlar dövlətiŞahrux ibn Fərrux Yasar

Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1539 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir.
Fəaliyyəti[redaktə]
Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahların genişləndirmə siyasəti və daxili ixtilaflar

Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı. Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Şirvanşah Əhməd eyni zamanda öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi.

H.372 (982)-ci ildə babası II Məhəmməd ibn Yezidin Layzana (V.F.Minorskiyə görə Lahıc) birləşdirdiyi Xursan və Şirvan məliklikləri artıq Şirvanşah Əhmədi taxtda əvəz Ardı »

Şirvanşahlar dövlətiŞirvanda - Mədəniyyət

Xl-XIII əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Şirvanda da poeziya yüksək səviyyəyə çatmışdı. Fars dili ədəbiyyatda, o cümlədən şeirdə üstün yer tutaraq, ərəb dilini, demək olar ki, tamamilə sıxışdırmışdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı türk dildə də əsərlər yazırdılar. XIII əsrin sonlarında şair Həsənoğlu Azərbaycan və fars dilində lirik şeirləri ilə şöhrət qazandı. Həsənoğlunun müasiri, Bakı şairi Nəsirin (XIV əsrin əvvəlləri) bakılıları bir sıra vergilərdən azad edən və şəhərin abadlaşdırılmasına dair fərmanlar verən Məhəmməd Xudabəndə Olcaytuya ithaf olunmuş azərbaycanca müxəmməsi də dövrümüzədək gəlib çatmışdır.

Orta əsrlər Azərbaycan poeziyasının əsas janrları, bütün Yaxın və Orta Şərqdə olduğu kimi qəsidə, qəzəl və Ardı »

Şirvanşahlar dövlətiCəlaləddin Məngburninin Şirvan yürüşü

1225-ci ildə, Xarəzmşah Cəlal əd-Din Məngburni böyük ordu ilə Cənubi Qafqaz ölkələrinə soxuldu. O, yetmiş minlik gürcü ordusunu darmadağın edərək, qaçmağa məcbur etdi və ölkələrini viran qoydu. Sonra o, Azərbaycanı və Gəncəni zəbt etdi. Hələ I Axsitan dövründən Xarəzmşahların artmaqda olan qüdrətini görən Şirvanşahlar onlarla dostluq münasibətləri yaratmağa çalışırdılar. Cəlal əd-Dinin atası Əlaəddin Məhəmmədin (1200-1220) Şirvana hücumundan qorxuya düşən I Gərşəsb ta Dərbəndə qədər Şirvan şəhərlərinin məscidlərində sultanın şərəfinə xütbə oxunmasını əmr etmişdi.

1226-cı ildə Tiflis səfərindən qayıdan Xarəzmşah Cəlaləddinin Şirvana soxula biləcəyini düşünən Şirvanşah III Fəribürz "Sultanın xalçasına ayaq basmasının onun üçün şərəf sayılacağını, taleyin dönüklüyündən qoruyacağını, qara gün üçün Ardı »

Şirvanşahlar dövlətiII Fərruxzad

Fəalliyyəti[redaktə]
Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin Şirvan üzərində hakimiyyəti gücləndi. Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi. Hülakü xan 1265-ci ildə öldükdən sonra onun oğlu və varisi Abaqa xanın (1265-1282-ci illər) zamanında Qızıl Orda xanları dəfələrlə Dərbənd keçidindən Şirvana soxulmuşdular. Abaqa xan cuçilərin hücumundan qorunmaq üçün Kür çayı Ardı »