Azərbaycan tarixçiləri → Məşədixanım Nemətova
Həyatı[redaktə]
Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir.
Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.
1948-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 mart Ardı »