Azərbaycan tarixçiləri → Cavanşir Vəkilov - Pedaqoji və digər fəaliyyətləri
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki fəaliyyəti ilə yanaşı 2001-2003 və 2007-2013-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya", "Diplomatik danışıqlar", "Diplomatik sənədlər" ixtisasları üzrə mühazirələr oxuyub. "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya" fənləri üzrə dərsliklər hazırlamış və Akademiyanın (DİA) kitabxanasına təhvil verilmişdir. 2008-2009, 2009-2010 və 2010-2011-ci tədris illərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Cavanşir Vəkilovun Azərbaycan-İran münasibətləri və Azərbaycan ədəbiyyatı haqqında 23 elmi işi, 49 məqalə və yazısı Bakı, Tehran, Təbriz, Moskva və Düşənbədə elmi məcmuə, qəzet və Ardı »