Azərbaycan tarixçiləri → Akif Məmmədli
Akif Məmmədli — Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantıdır.
Həyatı[redaktə]
Məmmədli Akif Əlavəddin oğlu 31 oktyabr 1962-ci ildə Balakən rayonunda anadan olub. BDU-nun tarix fakultəsini bitirib.
1992-1993-cü illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyib.
20 ilə yaxındır ki, Balakənin tarixini tədqiq edir və bu işin pioneri hesab olunur.
AMEA Tarix İnstitutunun dissertantıdır.
Bundan başqa Balakən tarixinə, tarixi abidələrinə aid 3 sənədli filmin və onlarla elmi məqalənin müəllifidir. Bölgənin tarixi və etnoqrafiyası ilə bağlı iki beynəlxalq konfrans və simpoziumun iştirakçısıdır. 12 kitabın (1 elmi monoqrafiyanın) müəllifidir.
Kitabları[redaktə]
"Tarixin yaddaşı: qırmızı bataqlıqda yaşıl ruhlar". Bakı, 1994.
"Balakən: uzaq və yaxın tarix". Bakı, 1995
"Məbədlər diyarı"nın tarixi. Ardı »