Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SəlcuqlularBolybotum Müharibəsi

Bolybotum Müharibəsi, Polybotum Müharibəsi, Bolvadin Müharibəsi - Anadolu Səlcuqlu dövləti ilə Bizans İmperiyası arasında 1116-cı ildə keçirilən Səlcuqilərin qalibiyyəti ilə sona çatan müharibə.

Səlcuqlular, İran yoluyla Anadoluya gəlməyə başlayırlar. Toğrul Bəy və Alparslan dövründə daha da geniş miqyaslı olmağa başlayan hərəkətlər, xüsusilə Əmir Afşin, 1068-ci ildə Toros dağlarını keçərək orta Anadoluya girmişdir.

Bizansla Anadolu Səlcuqluları arasında başlayan mübarizə Anadolunun əhəmiyyətli yolları üzərində yerləşən Bolvadin münaqişələrə səbəb olur. Müizzəddin Məlikşahın sərkərdəsi olan Əmir Mengücək ilə Bizans İmperatoru I Aleksios Komnenos arasında Bolvadin düzündə Bolvadin müharibəsi başladı və Əmr Mengücək Konstantinopolis yolunu Bizanslılara bağlayır. Bizans isə ordusunu qərbə çəkməyə məcbur olur.

Aparılan Bolvadin sazişlə Bizansların bu Ardı »

SəlcuqlularNurəddin Mahmud Zəngi

Nurəddin Mahmud Zəngi (d.1116 - ö.1174) — Zəngilər sülaləsindən olan hökmdar, atabəy.

Həyatı[redaktə]
Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur. 1154-cü ildən Dəməşqin əmiri idi.

Səlahəddin Əyyubi atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədi ilə Şirkuhu Fatimi xəlifəsi əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Ardı »

Səlcuqlularİqta

İqta(ərəbcə إقطاع) — feodalizm dövründə əsasən müsəlman ölkələrində yayılmış şərti torpaq mülkiyəti. İqta mülkdən fərqli olaraq, irsən keçmirdi, ancaq xidmət müddətinə verilirdi. Bu xidmət həm hərbi həm də mülki ola bilərdi. İqta kimi bir çox başqa torpaq mülkiyəti formaları da mövcud idi.
Yaranması[redaktə]
9 əsrin ortalarında Xəlifənin qərargahı Samirrəyə bitişik olan ərazilər katayi kimi, müxtəlif milliyətlərin nümayəndələrinə türklərə, xorasanlılara, məğriblilərə verilirdi. Belə mülkiyətin peşəkar hərbçilər tərəfindən alınması, şübhəsiz, iqta sisteminin mərkəzi müsəlman torpaqlarında yayılmasına səbəb olurdu, halbu ki, onun köklərini, xüsusi ilə İraqda, ilk ərəb işğallarından əvvəl də sezmək olar. Əgər əvvəl iqta məhdud müddətə verilirdisə və təltif olunana muqta, yəni özünün xəracı Ardı »

SəlcuqlularI Əlaəddin Keyqubad - Səltənati

Keykavusun 1220-ci ildə ölümü üzerine taxta çıxtı. Özünden önceki üç Səlcuqlu sultanı kimi, Əlaəddin Keyqubad da, Beylerbeyi Seyfəddin Ay-Aba, Əmir-i axur Zeynəddin Beşara, Əmir-i Meclis Mübârizeddin Bəhramşah və Bəhaəddin Kutluğca kimi dövlət adamları və böyük sərkərdələrin seçimi və tərcihi ilə taxta çıxarılmışdır. Onun genişleme və böyük dövlet halına gəlmə siyasətinə davam etdi. Anadolu Səlçuqlu dövlətinin ən parlaq dönəmini yaşatdı. Öncə, Ermənilərlə Şərqi Latınlar arasındaki çatışmadan faydalanaraq ermənilərin əlindeki Kalonoros qalasını aldı. Yeniden inşa edilən və sağlam surlarla çevrilən şəhərə sultanın isminə izafeten Əlaiye (günümüzde Alanya) adı verildi. Əlaəddin Keyqubad bu şəhərə bir tersane ve tophane qurdurdu və şəhərin qalasını yeniden inşa Ardı »

SəlcuqlularAlp Arslan və Gürcüstan

Tuğ Təkin gürcülərin diyarının rumlular üçün artım, küfr və zülm ocağına çevrildiyini bildirdi. Sultan o dövrdə Bizansla Böyük Səlcuq dövlətinin sərhəddində yerləşən və "İslamın alınmaz qalası" adlandırılan Naxçıvana çatdıqda oğlu Məlikşahı 80 minlik ordu ilə burada qoyaraq, özü 100 minlik ordu ilə gürcülərin ölkəsinə tərəf irəlilədi. Məlikşah Sürməli, Qarabağ qalalarında möhkəmləndikdən sonra Arpa çayının Araza töküldüyü yerdəki Məryəm-Nəşiman şəhərini fəth etdi və yenidən atasının ordusu ilə birləşdi. Sultan Alp Arslan Ağcaqalanı (indiki Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında yerləşir) və Samşvilde (gürcü dilindən tərcümə etdikdə Üç ox deməkdir) qalasını tutduqdan sonra Axalqala üzərinə yeridi. Bu qala üç tərəfdən dağlarla dördüncü tərəfdən isə Ardı »

SəlcuqlularMusa Yabqu

Musa İnanc bəy - Səlcuqlu ailəsindən türk bəyi.

Səlçuq Bey'in dörd oğlundan biriydi. Böyük qardaşı Arslan Yabqu Qəznəlilərə əsir düşdüyündə ailenin başına keçmək istədi, ancaq qardaşı oğlanları Toğrul bəy və Çağrı bəyin kölgəsində qaldı. Dəndənəkən döyüşündən sonra toplanan ailə məclisində şərq işlərinin sorumluluğunu aldı. Oğlu Həsən (Abu ʿƏli Ḥəsən) bəy 1047-ci ildə Şərqi Anadoluya düzənlənən bir hərəkətdə Gürcülər tərəfindən öldürüldü. Ardı »

SəlcuqlularSəlcuqlular

Səlcuqlar və ya Səlcuqoğulları – 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş Böyük Səlcuq İmperiyasını və digər kiçik dövlətləri idarə etmiş sülalə.

Başlanğıc[redaktə]
Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür.

Səlcuqlar Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar.Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər.Daha sonra Van gölü hövzəsi,Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.

Səlcuqlar əvvəlcə,Xorasanda məskunlaşdılar.1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq türk dövləti yarandı.Səlcuğun nəvəsi Toğrul bəy (1040-1063) sultan elan olundu.Səlcuqlar Toğrulun dövründə daha da qüvvətləndilər və 1040-cı ilin mayında Dəndənəkan döyüşündə Qəznəvilər dövlətini məğlub etdilər. Səlcuqlar Ardı »

SəlcuqlularDəndənəkən döyüşü

Dəndənəkan döyüşü — 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında baş verən savaş.
Tarixi[redaktə]
I Məsud 50 minlik qoşun, 300 döyüş fili ilə səlcuqlara qarşı çıxdı. Döyüş zamanı səlcuqlar geri çəkildilər. Əhali ağır vergilərə görə Qəznəvi döyüşçülərinə kömək etmədi. 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu milli döyüş üsulundan istifadə edərək, qollara ayrıldı. Bir qol vuruşandan sonra geri çəkilir, onu başqası əvəz edirdi. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Oğuzlar qalib gəldilər.. Oğuz qəbilələrinin döyüşdən bir gün sonra çağrılmış qurultayında Toğrul bəy (1040-1063) sultan Ardı »