Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SəlcuqlularSultan Səncər

Həyatı[redaktə]
Sultan Məhəmməd Təpərin ölümündən (1118-ci il) sonra Mahmud, onun qardaşları Məsud, Toğrul və əmisi Sultan Səncər arasında hakimiyyət uğrunda uzunmüddətli mübarizə başlandı. Sultan Səncər Sultan elan olundu, Mahmud isə bütün imperiyanın varisi təyin edildi. Öz oğlu Davudun adına Azərbaycanda və digər ərazilərdə xütbə oxunması haqqında əmr verən Mahmudun ölümündən (1131-ci il) sonra onun qardaşı Səlcuq da hakimiyyət uğrunda mübarizə aparmağa başladı. 1132-ci ildə Sultan Səncər Həmədan yaxınlığında Məsud və Səlcuqun birləşmiş qoşununu darmadağın etdi. Səlcuq şahın taleyi naməlum qaldı. Məsud qaçsa da, sonradan Sultan Səncər onu bağışladı. Məsud tezliklə Sultan Səncər tərəfindən vəliəhd elan olunmuş II Toğrulun tutduğu Azərbaycan ərazisinə yiyələndi.

Həşşaşinlər Ardı »

SəlcuqlularArtuk bəy

Artuk bəy Ekseb oğlu, Artuklu bəyliyinin qurucusu olan Türk sərkərdəsidır.

Səlcuqlular dövlətinin Bizans imperiyasına qalib gəldiyi Malazgird döyüşündən (1071) sonra Artuk bəy Süleyman Şahın məiyətində Yeşilırmak hövzəsini fəth etdiysə də, bu torpaqlar Süleyman şah tərəfindən dayısı Danişmənd qaziyə verilincə xidmətdən ayrıldı və Böyük Səlcuqluların xidmətinə daxil oldu.

Qardaşı Məlikşah bəy tərəfindən 1079-cu ildə Şam şəhərinə Səlcuqlu bəyi olaraq hakim təyin edilən Tutuş bəyə qarşı, 1085-ci ildə Süleyman şah Antakiyanı ələ keçirdikdən sonra bütün Suriyaya sahib olmaq üçün Hələbi mühasirə etdi. Tutuş bəy də buna görə yanına Artuk bəyi alaraq 4 iyul 1086-cı ildə Hələb yaxınlarında Süleyman şah ilə qarşılaşdı. Ayn Seylem döyüşü olaraq Ardı »

Səlcuqlularİmadəddin Ay Aba

Həyatı[redaktə]
Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi.


İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər.

Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Ardı »

SəlcuqlularSökmən bəy

Həyatı[redaktə]
Atası Artuk bəyin 1091-ci ildəki ölümünden sonra Böyük Səlcuq İmperiyası tərəfindən Qüds valiliyi Sökmən bəyə verildi. Sökmen bəy avqust 1096-cı ilədək bu vəzifədə qaldı.

1098-ci il və 1104-cü illər arasında Artuqlu bəyliyinin bir qolu olan Sökmənoğullarının qurucusu olaraq Hasankeyf bəyliyini idarə etdi.

May 1104-cü ildə Harranı mühasirə edərək Mosul yönündə irəliləmək surətiylə Bağdadı fəth etmək isteyen səlibçilər tərəfindən idarə olunan Urfa qaraflığının qrafları Baudouin du Bourg və Josselin de Courtenayni Harran döyüşündə (Belih çayı döyüşü) ağır bir məğlubiyyətə uğratdı və əsir etdi.

Oktyabq 1104-cü ildə Şam yaxınlarındaki Karyateyndə öldü. Ardı »

SəlcuqlularƏrmənşahlar bəyliyi

Sökmənlilər Bəyliyi (1100-1207) - XII yüzildə qurulmuş Sökmənlilər , Əhlətşahlar və ya Ərmənşahlar adlandırılan bir türk bəyliyidir .

Paytaxtı: Əhlət

Hakimləri (Bəyləri) ;

Muyəddin Sökmən Artuk oğlu əl Qütbi (1100 - 1105)

Zahirəddin İbrahim (1105 - 1127)

Əhməd (1127 - 1128)

II Nəsirəddin Sökmən (1128 - 1185)

Seyfəddin Bəytimur (1185 - 1193)

Bədrəddin Ağsunqur , II Nəsirəddin Sökmənnin oğlu (1193 - 1197)

əl Malik əl Mənsur Məhəmməd , Seyfəddin Bəytimurun oğlu (1197-1206)

İzzəddin Balaban (1206-1207)

1207 Eyyubilər tərəfindən işğal olundu . Ardı »

SəlcuqlularToğrul bəy

Həyatı[redaktə]
Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi.Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonun onun adı zərb olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sicstan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə- Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni - gürcü - Bizansın birləşmiş Ardı »

Səlcuqlularİbrahim Yınalİbrahim Yınal

Həyatı[redaktə]
Atası Yusif Yınal, Səlcuq bəyin dörd oğlundan biriydi. Səlcuq bəyin böyük oğlu Mikayıl bəy ölüncə, Orta Asiyada yaygın olan levirat adəti uyarınca dul arvadı, qardaşı Yusif bəylə evləndirildi və bu evlilikdən İbrahim Yınal dünyaya gəldi. Dolayısıyla İbrahim Yınal, Toğrul bəy və Çağrı bəyin anabir qardaşı, ata tərəfdən əmisioğludur.

Dandanakan savaşından sonra İbrahim Yınal ölkənin qərb ucuna göndərildi. Əmisi oğlu Həsən bəyin gürcülər tərəfindən pusquya düşürülüb öldürülməsi görə, diğər əmisi oğlu Qutalmış bəylə bərabər Bizans torpaqlarına girdi. Gürcü tavadı (knyazı) Liparitin başçılıq etdiyi Bizans-Gürcü ordusunu Pasinlərdə məğlubiyyətə uğratdı (1048). Çox sayda əsir və qənimət ələ keçirdi. (Ərəb tarixçi İbn əl-Əsir, əsir sayını artıraraq Ardı »

SəlcuqlularQiyasəddin Türkanşah

Qiyasəddin Türkanşah — II Qılınc Arslan oğlu olan Ərzurum hakimi Məhəmməd Toğrulşahın oğlu idi. 3 il boyu Gürcü çariçası Rusudanla evli olmuşdur və Gürcü-İmereti kralı VI Davidın atasıdır. Güclü olmadığına görə və gürcü siyasətinə bələd olmadığı üçün gürcü salnamələri onu kral olaraq hesablamır. 1226-cı ildə Xarəzmşahların hücumu dövründə Gürcüstandan qaçdığı üçün Rusudan onu boşamışdır. Ardı »