Səlcuqlular → Sultan Məlikşah
Həyatı[redaktə]
Məlikşah 1055-ci ildə Bəlxdə anadan olub. Atası Alp Arslan Məlikşahın qabiliyyətli bir uşaq olduğunu gördüyünə görə onunla daha yaxından maraqlanmağa başlayib. Elə bu səbəbdən Alpaslan 1072-ci ildə Məlikşahı öz vəliəhdi təyin edib. Beləliklə 1075-ci ldə Alpaslanın ölümündən sonra Məlikşah hökmdar olub. .
Məlikşah taxta çıxdıqdan sonra Qaznelilər və Qaraxanlılar Səlcuq dövlәtinin torpaqalarına hücüm etdi. Başqa bir tərəfdən əmisi Kavurd bəy Səlcuq taxdının həm də onun haqqı olduğu iddasıyla Məlikşaha qarşı üsyan qaldırdı. Kavurdun üsyanı vəzir Nizamülmülk tərəfindən basdırıldı. Məlikşah ordusuyla Qaraxanlılara hücüm etdi və işqal olunmuş torpaqları azad etdi.
Məlikşah 3 dəfə Gürcüstana səfər edərək Gürcü kralına Böyük Səlcuq Dövlətinin hakimiyyətini qəbul etdirdi. Ardı »