Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SəlcuqlularƏdüdiddin Ay Aba

Həyatı[redaktə]
Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.Atasının ölümündən sonra, 1174-cü ildən 1185-ci ilədək Nişapurun hakimi olmuşdu.

Sultanşah Mərvdən Sərəxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Sərəxsı Sultanşahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Müəyyəd Ay Aba oğlu Toğan şaha Sərəxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sərəxsı, sonra isə Tusu tutdu. Ardı »

SəlcuqlularSəncərşah Ay Aba

Həyatı[redaktə]
Səncərşah Tuğanşah oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.1186-cı ildə atasının vəfatından sonra Nişapurun valisi olmuşdu.

Tuğanşah yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185).

Səncərşah Ay Aba 1198-ci ilədək Nişapur hakimi olmuşdu. Ardı »

SəlcuqlularII Qiyasəddin Məsud

II Qiyasəddin Məsud (Ərəb əlifbası ilə: غياث الدين مسعود بن كيكاوس‎, (Qiyas əl-Din Məsud bin Keykavus)) Rum Səlcuqlu dövləti sultanı və II İzzəddin Keykavusun oğludur. Rum Səlcuqlu dövlətinin monqolların təsiri altında hökm sürdüyü bu dönəmdə dörd dəfə taxta çıxmış, hər səfərində qardaşının oğlu olan III Əlaəddin Keyqubad onu taxtdan salmışdır. Ardı »

SəlcuqlularII Qılınc Arslan

Həyatı[redaktə]
İkinci Sultan İzzәddin Qılınc Aslan, 1116-cı ildә Konyada dünyaya gәldi. Türkiyәnin dördüncü hökmdarı olan Rum Səlcuqlu dövləti Sultanı Birinci Mәsudun oğludur. Atasının taxda çıxdığı gün dünyaya gәldi vә onun 39 illik sәltәnәti dövründә tәk varis olaraq qaldı vә atası öldükdәn sonra isә sultan oldu. Qılınc Aslan İsfahan sarayında Sultan Məlikşahın himayәsindә çox yaxşı tәhsil görmüşdü. Kiçik yaşlarından etibarәn döyüş meydanlarında olmuş, savaş sәnәtindә tәcrübә qazanmışdı.

II Qılınc Aslan haqqında mәlumata keçmәzdәn әvvәl bir qәdәr onun yaşadığı dövrә qәdәrki hadisәlәr haqqında sizlәrә qısa mәlumat vermәk istәrdik. Rum Sәlcuqlu dövlәti sәlcuqların Anadoluda qurduğu dövlәtdir. Türklәrin Oğuz tayfalarının Anadoluya yerlәşmәsi 1071-ci ildә baş verәn Malazgirt Ardı »

Səlcuqlularİsmayıl ibn Yaquti

Həyatı[redaktə]
İsmayıl Yaquti bəyin oğlu, Çağrı bəyin nəvəsi, Mikayıl bəyin nəticəsi, Səlcuq bəyin kötükcəsidir. Xorasanda, Nişapur şəhərində doğulmuşdu.Səlcuqlu ordusunun sərkərdəsi idi.

Sultan 478-ci ilin sonlarında (fevral-mart 1086) Qafqaza yeni bir səfər daha düzənlədi və bölgəni səlcuqlulara tabe etdi. Məhəlli hökmdarlar Məlikşahı mətbu, de fakto tanıdıqlarını bildirdilər. Gəncə yörəsi doğrudan mərkəzə bağlandı. Məlikşah, Azərbaycan ümumi valisi Qütbüddin İsmayıl ibn Alpsunqur Yaqutiyə Arran və Qafqazın idarəsini də verdi (483/1090).

Sultan Börkyaruqla anlaşmaya rəğmən bütün ölkəyə hakim olmaq istəyən Tərkən xatun, bu dəfə onun dayısı Azərbaycan məliki İsmayıl ibn Yakutiyə xəbər göndərib Börkyaruqu bərtərəf etməsi şərtiylə evlənmə vədi verdi. İsmayıl bu təklifi qəbul edərək Börkyaruq üzərinə yürüdü, Ardı »

SəlcuqlularSeyyid Battal Qazi Külliyəsi

Seyyid Battal Qazi Külliyəsi — Əskişəhərin Seyitqazi ilçəsində, 150 metr hündürlüyündə Üçlər təpəsinin şərqə baxan yamacları üzərində yerləşir. 1207-1208-ci illərdə Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən inşa olunmuşdur.

Seyyid Battal Qaziyə həsr olunaraq tikilmişdir. Anadolunun Bizans İmperiyası tabeliyində olduğu 700-cü illərdə, İslam hələ Anadolu içlərinə yayılmamışdı. İslamı qəbul etmiş olan Əməvilər şərqdən tez-tez Bizansa qarşı Anadolunun içlərinə yürüşlər edərək Anadolunu ələ keçirmək və islamı yaymaq istəyirdilər.

720-740-cı illərdə olan bu yürüşlərdən birində Seyyid Battal Qazi ləqəbi ilə tanınan bu əfsanələşmiş bu Xalq qəhrəmanı bu gün Seyitqazi ilçəsinin yerləşdiyi Məsih qalası kimi tanınan ərazidə 720-ci ildə şəhid olmuşdur. Bizansa qarşı aparılan Ardı »

SəlcuqlularAlp Apslan və Bizans

Sultan Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, farslar, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. İbn əl Vərdinin verdiyi məlumata görə isə Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah, 400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 10 kintar ( 1 kintar 97,5 kq-a bərabərdir.) daş atan taran var idi. Bizans ordusunun yerlə-yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. Ardı »

SəlcuqlularNüsrətəddin Ağquş

Həyatı[redaktə]
Nüsrətəddin Ağquş həm səlcuqların, həm atabəylərin, həm də xarəzmşahlıların hakimiyyəti dönəmində adlı-sanlı əmir idi. Azərbaycanın bir çox bölgələrində iqtası vardı. Bir müddət Ərdəbil hakimi olmuşdu. 1229-cu ildə çarmıxa çəkildi.

Nüsrətəddin Ağquşun Cəlaləddin Məhəmməd adlı oğlu vardı. Ardı »