Qərbi Azərbaycan → Üçkilsə rayonu
Üçkilsə - Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində rayon. Ağrı vadisi rayonu ərazisində rayon.
1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Ərazisi 379 kv km-dir. Rayon mərkəzi respublika tabeli Üçkilsə (dəyişdirilmiş adı Vağarşapat,Eçmiədzin) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayon mərkəzindən Abaran (Kasax) çayı, Güney Azərbaycanla sərhəddindən isə Araz çayı axır.
Qədim xəritələrdə qeyd olunan Kasax çayının adı (Qazax sözündə olduğu kimi) qədim Kaz+as (kas+as) tayfa adı ilə bağlı olub,xəzər-azər tayfaları adı ilə eyni kökdəndir. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan kəndlərdən 52-də sırf Ardı »