Qərbi Azərbaycan → Yarpızlı
Tarixi[redaktə]
Yarpızlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.306).
Kənddə 1831-ci ildə 121 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 465 nəfər, 1897-ci ildə 584 nəfər, 1908-ci ildə 719 nəfər, 1914 - cü ildə 815 nəfər, 1916-cı ildə 771 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-ci ilin sonu, 1919 - cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və kənd yandırılmışdır (309, s.249). Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndlərinə Ardı »