Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanQaraqoyunlu mahalı Haqqında

Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı.

Elektrik işığı ilə ən tez təmin olan kənd Çaykənd və Gölkənd olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdi. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir.

Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı. Şagirdlərdə və valideynlərdə təhsilə böyük maraq var idi. Hər il məzunların bir çoxu müxtəlif Ardı »

Qərbi AzərbaycanƏli Ömərov

Əli Ömər oğlu Ömərov — Azərbaycan Respublikasının Baş Prokuroru (1993-1995).

Həyatı[redaktə]
1947-ci ildə Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun, Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır. 1980-1983-cü illərdə Gəncə şəhər Ardı »

Qərbi AzərbaycanƏhliman Əmiraslanov

Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod kəndi, Basarkeçər rayonu, Qərbi Azərbaycan — Millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın bologiya elmləri bölməsinin akademik-katibi, cərrah-onkoloq, əməkdar elm xadimi. Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) Həyatı[redaktə]
1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1969-cu ildə hələ tələbə ikən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, Ardı »

Qərbi AzərbaycanMürşüd Ənnağıyev

Mürşüd Xanvəli oğlu Ənnağıyev - M.F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru.

Həyatı[redaktə]
Mürşüd Xanvəli oğlu Ənnağıyev 15 may 1934-ci ildə Ermənistan SSR-in Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur.

1943-1953-cü illərdə Ağdü kənd orta məktəbində orta təhsil aldıqdan sonra, 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1959-cu ildə ADPU-nu bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) işə qəbul olunmuş və orada kiçik elmi işçi vəzifəsində işləmişdir.

1964-cü ildə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına qəbul olmuş və oranı 1967-ci ildə bitirdikdən sonra "Alüminium-xrom-molibden oksid katalizatorlarının səthi qüvvələrinin spektrofotometrik üsulla tədqiqi" Ardı »

Qərbi AzərbaycanAşıq İdris

Həyatı[redaktə]
Aşıq İdris 1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində Aşıq Şirinin ailəsində doğulmuşdur.

O, on iki yaşından atası Aşıq Şirindən dərs almış, aşıq sənətinin sirlərinə vaqif olmuşdur.

Aşıq İdris otuz beş dastanı sinədən bilmiş, ağır yığnaqlar keçirmişdir. O, müharibəyə gedib geri qayıtmamışdır. (1941/45) Ardı »

Qərbi AzərbaycanAşıq Alı

Həyatı[redaktə]
Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya gəlib. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Aşıq Alı Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun Ardı »

Qərbi AzərbaycanKarlen Xudaverdiyev - Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

2006, Bakı, Azərbaycan: «AMEA-nın müxbir üzvü, professor B.A.İsgəndərovun 70 illik yubileyinə həsr olunmuş» Beynəlxalq konfrans
2007, Bakı, Azərbaycan: «Akademik A.C.Hacıyevin 70 illiyinə həsr olunmuş» konfrans
2007,Naxçıvan, Azərbaycan: «Riaziyyat, mexanika və informatikanın müasir problemləri» Beynəlxalq konfrans
2008, Nalçik, Rusiya: «Rusiya-Azərbaycan beynəlxalq simpoziumu» Beynəlxalq konfrans
2008,Gəncə,Azərbaycan:«Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problem­lər» Beynəl­xalq konfrans Ardı »

Qərbi AzərbaycanMübariz Elyazov

Mübariz Elyazov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü.

Həyatı[redaktə]
Elyazov Mübariz Elyaz oğlu 1967-ci ildə Göyçə mahalının Vardenis rayonunda anadan olmuşdur. 1984-cü ildə Moskva şəhərində 84 saylı texniki-peşə məktəbinə daxil olmuş, 1985-ci ildə həmin məktəbi elektrik ixtisası üzrə bitirmişdir.

1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Rusiya Federasiyasının Çita vilayətinin Ədliyyə idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

1995-1999-cu illərdə Çita vilayət prokurorluğunda prokuror köməkçisi və müstəntiq vəzifələrində çalışmışdır. 1999-cu ildən etibarən "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin hüquqşünası və Asiya Universitetinin Jurnalistika fakültəsində "Jurnalistika və hüquq" tədris proqramı üzrə seminarlar aparmışdır.

2002-ci ildə Azərbaycan Respublikasının Münsiflər Məhkəməsinin Ardı »