Qərbi Azərbaycan → Ağ Aşıq
Ağ Aşıq Allahverdi (d.1754, Göyçə - ö.1860, Göyçə) - Aşıq Alının ustadı, görkəmli aşıq, şair.
Həyatı[redaktə]
Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər biri-birinin əksidir.
I. Ağ Aşığın, – Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, – çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, – qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir.
II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış". Lakin Allahverdi "coşub-daşdığından", Ardı »