Maraqlı melumatlar → ALLAHA DOĞRU. İKİNCİ DƏRS
NƏFS VƏ ONUN TƏRBİYƏSİ
ƏVVƏLKİ DƏRSƏ BİR NƏZƏR
Mövzumuz nəfsin tərbiyəsidir. Birinci söhbətdə tərbiyənin, yə`ni təzkiyənin mə`nası ilə tanış olduq. Qeyd etdik ki, ərəb sözü olan təzkiyəni dilimizə olduğu kimi tərcümə etmək çətindir. Hələ ki, “tərbiyə” sözü ilə kifayətlənirik. Dedik ki, nəfsin tərbiyəsində iki istiqamət var: təkamül üçün şərait yaratmaq və təkamülə mane ola biləcək daxili və xarici səbəbləri aradan qaldırmaq. Qeyd etdik ki, nəfsin tərbiyəsi Qur`anın diqqət mərkəzində olan məsələlərindəndir. Peyğəmbər-lərin də vəzifələrindən biri nəfsin tərbiyəsidir.
Qur`an ayələrindən mə`lum oldu ki, nəfsin tərbiyəsində üç fail - Allah, peyğəmbər və insan iştirak etməlidir. İnsanın özünütərbiyədə Allahı tə`sirli bilməsi “əf`ali tövhid”dir. İnsanın varlığı və hərəkəti Ardı »