Maraqlı melumatlar → Səhih Müslim (İman kitabı ) Tovhid əhli olan kimsələrin Cəhənnəmdən çıxarılması.
Əlli doqquzuncu fəsil: Tovhid əhli olan kimsələrin Cəhənnəmdən çıxarılması.
Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Amma Cəhənnəm əhli olub, əbədiyyən Cəhənnəmdə qalan kimsələr orada nə (yaşayıb) diriləcək, nə də öləcəklər. Lakin sizlərdən olan insanlar, bəzilərinə günahlarına (və yaxud xəta etdiklərinə) görə Cəhənnəm atəşi toxunsa, Allah-Təala onları öldürəcək, elə ki yanıb (közə) kömürə dönəcəklər, şəfaət etməyə izn veriləcək, onları dəstə-dəstə gətirib Cənnətin çaylarına səpələyəcəklər. Sonra belə deyiləcək: “Ey Cənnət əhli, onların üzərinə su səpin və onlar selin suyunda yabanı otun bitdiyi kimi bitəcəklər. Orada olan kişilərdən biri belə dedi: “Sanki Peyğəmbər çöldə (səhrada) olub (yaşayıb).”
Ənəs, o da İbn Abbasdan Ardı »