Maraqlı melumatlar → Azanla iqamə arasında nə qədər müddət olmalıdır?.....
Azanla iqamə arasında, namaz üçün hazırlıq görmək və namaza gəlmək üçün kifayət edəcək qədər ara vermək lazımdır. Çünki azan elə buna görə buyurulmuşdur. Əks halda onun faydası itmiş sayılar.
İbn Battal deyir:[1] bunun üçün vaxt məhdudiyyəti yoxdur. Əsas odur ki, namazın vaxtı daxil olsun və camaat namaz üçün toplaşsın.
Azan veriləndən sonra məsciddən çıxmağın qadağan olunması:
Əbuş Şəsa deyir ki, «biz Əbu Hureyrə ilə məsciddə oturmuşduq. Müəzzin azan verdi. Bu zaman bir kişi qalxıb məsciddən çıxdı. Kişi məsciddən çıxana qədər Əbu Hureyrə onun ardınca baxdı və dedi: Bu kişi Əbul Qasimə (Peyğəmbərə) asilik etdi»[2].
Gecikdirilmiş namaz üçün azan və iqamə vermək:
Kim namaza yatıb qalıb və Ardı »