Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlar{Qocanın Allahdan Son Diləyi…}

Gəlmişəm yenə səcdənə - sənin dərgahına, sənə ən yaxın ola biləcəyim yerə. Günahlarla, peşmançılıqlarla, dərdlərlə dolu bir vəziyyətdəyəm ... Yenə! Sənə gəlmişəm. Çünki gedəcəyim başqa heç yerim, məni başa düşəcək, mənə çarə olacaq başqa heç kimsəm yoxdur. Yalnız sənsən məni məndən də artıq duyan, məni bütün günahlarımla, ən əyri yollarda belə, ən haqsız, ədalətsiz olduğum anlarımda belə sevən, bir şans daha verən, hər zaman mənim üçün qapısı açıq olan. Hər kəsin üz döndərdiyi, atdığı, hesablaşmadığı zamanlarda hər zaman məni dinlədin, bir an belə üz çevirmədin. Baxmayaraq ki, mən özüm də səni zaman-zaman atdım, unutdum. Çünki arxayın idim, sən həmişə varsan, burdasan, Ardı »

Maraqlı melumatlarİMAN ZƏİFLİYİNİN ƏLACI(ikinci hissə)

7) İman zəifliyinin əlaclarından biri də pis, fəlakətli sonluqdan qorxmaqdır. Bu, müsəlman itaətə, qəlbində imanı canlandırmağa sövq edir, pis sonluğa gətirən səbəblər isə çoxdur. İman zəifliyi, asiliklərə dalmaq bu səbəblərdəndir. Rəsulullah (s) buyurur: «Kim özünü bir dəmir parçası ilə öldürərsə, cəhənnəmdə həmin o dəmir parçasını orada əbədi olaraq qarnına sancacaq. Kim zəhər içərək özünü öldürərsə, cəhənnəm odundə əbədi olaraq sürüklənəcək». ( Müslim, 109). Peyğəmbərin (s) dövründə belə hallar baş vermişdi. Məsələn, müsəlmanların düşərgəsində kafirlərə qarşı biri vuruşurdu. Onun kimi heç kim vuruşmurdu. Peyğəmbər (s) onun haqqında dedi: «O, Cəhənnəm əhlindəndir» . Döyüş zamanı müsəlmanlardan biri görür ki, o, ağır yaralanır və Ardı »

Maraqlı melumatlarPEYĞƏMBƏR CƏHƏNNƏM ƏHLİNİ TƏSVİR EDİR

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əbu Əyyub Ənsarinin evində səhabələri ilə söhbət edirdi. O həzrətin yanında əyləşmiş Məaz ibn Cəbəl aşağıdakı ayədən söz açıb təfsirini soruşdu:

“Sur (qiyamət günündə Israfilin üfürəcəyi şeypur) çalınacağı gün dəstə-dəstə (məhşərə) gələcəksiniz” (Nəbə, 18). Peyğəmbər buyurdu: “Ey Məaz! Çox böyük və mühüm məsələni soruşursan”. Sonra o həzrət ağlamağa başladı; belə ki, göz yaşları mirvari kimi kirpiklərindən süzülürdü. Buyurdu: “Ümmətimdən on dəstə qiyamət günündə başqa müsəlmanlardan ayrılmış və müxtəlif sifətlərə dönmüş halda məhşərə gələcək. Bəziləri meymun sifətində məhşərə sürüklənəcəklər; bunlar xəbərçilər və sözgəzdirənlərdir. Bəzilərinin qiyafəsi donuz şəklində olacaq; bunlar haram yeyənlərdir (yəni murdar qida yeyənlər və ya Ardı »

Maraqlı melumatlarNəyə Görə Namaz Qılmırsan?

Nəyə görə namaz qılmırsan??? Qoy fikirləşim!! Vaxtın yoxdur eledir mi?? Gözəl bəhanə...Onların da vaxtı yox idi...Müharibə zamanı idi...Ölümlə üz-üzə idilər...Ama...Namazlarını qəzaya qoymadılar..Peyğəmbər (s.a.s)-in göstərişi ilə bir-bir namaz qıldılar...Amma sənin vaxtın yoxdur.Bu bəhanə deyəsən olmadı elə?! Amma səni yenə də başa düşürəm..Qəlbin təmizdir elə,axı namaz nəyinə gərəkdir,əsas odur ki əməlin düz olsun...
O qədər namaz qılan var ki,tonlarla günah işləyirlər... Bu da bir bəhanə...Peyğəmbərimiz (s.a.s)-in qəlbində də mi təmizdir qəlbin?! Bu bəhanə də olmadı...
Onda qocalan zaman qılaram deyə düşünürsən...Bəs yaşlanacağına əminsən?! Qorxmursan ki,sən namazını qılmamışdan qabaq sənin cənazə namazıvı qılarlar? Bir saniyə sonra belə nələr olacağını bilmədiyin halda namaz üçün yaşlanacağını Ardı »

Maraqlı melumatlarRamazanın son 10 günü.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Ramazan ayının son 10 günü Ramazan ayının ən əsas və ən əhəmiyyətli günləri sayılır. Necə ki, Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətən artırırlar, Ramazan ayının da son 10 günündə müsəlmanlar, Ramazan ayının əvvəlinə nisbətən ibadətlərini daha da gücləndirməlidirlər.

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki:“Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı” .Buxari
Müslimin başqa bir rəvayətində də deyilirz ki: “Rəsulullah son 10 gündə o qədər çalışardı ki, Ardı »

Maraqlı melumatlarCənnətə kimlər gedir?

Sual-Cənnətə kimlər gedir?

Cavab-Həmd Allaha məxsusdur.

Cənnətin Xaliqi, Yaradanı bizə cənnətə daxil olanların vəsflərini, xüsusiyyətlərini xəbər vermişdir. Nisa surəsində Allah təala buyurur: “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (ən-Nisa 4:124)

Həmçinin Əhqaf surəsinin 13-14-cü ayələrində Allah təala buyurur:

13-“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

14 - Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!” (Əhqaf 46: 13-14)

Məryəm surəsində 60-cı ayədə Allah təala buyurur: “Tövbə edib iman gətirən Ardı »

Maraqlı melumatlarIbret gotur

Soruşdular ki: sevgilin var?
Dedim: Beli var... Soruşdular:
adı nedi? Neçe qardaşdılar?
Dedim: adı \"QURAN\" soyadı
\"KERİM\" 114 Qardaşdılar....
Soruşdular ki: onu ne qeder sevirsen? Dedim: 6666 ayesini
ezberlyecek qeder. Ortaq bir
sevgilimizde var ♥ ALLAH ♥ İki
defe anasından ayrılar insan:
Biri doğularken, digeri ölerken.
İki defe insan sevgiye bağlanar: Biri başlayarken,
digeri biterken. İki mena
daşıyar heyatda insan: Biri
ağlarken, digeri gülerken. Ve
insan sadece bir defe qedir-
qiymet biler: O da elindekini itirerken... Bir qadın, kişinin
kölgesinde yaşamayacaq qeder
ağıllı, amma o kölgede
dincelmeyi bilecek qeder
hessas olmalıdır... Bir gece bir
el oyandirdi meni..! Kimsen dedim? Ezrailem dedi. Ölüme o
vaxt üsyan etmişdim...
Ölümden çoxmu qorxursan?
Dedi Qorxuram... Ne üçün dedi
Sevdiyimi bir daha göre
bilmeyeceyim üçün. Onu çoxmu sevirsen? Dedi Beli
ölümüne sevirem...! Ardı »

Maraqlı melumatlarHezreti Elinin 4 Esas Suala Cavablari

Hz. Əli-nin 4 əsas suala cavablari...


Bir adam Hz.Əliyə (ə) gəldi və:
"Sənə soruşmaq istədiyim dörd sualım var" dedi.
Elm Şəhərinin Qapısı:
"Buyur, soruş!" dedi.
Adam soruşdu:
"Vacib nədir? Vacibdən daha vacib nədir?"
Hz.Əli cavab verdi:
"Tövbə etmək vacibdir. Günahları tərk etmək isə ondan daha vacibdir."
Adam soruşdu:
"Yaxın nədir? Yaxından daha yaxın nədir?"
Hz. Əli cavab verdi:"Qiyamət yaxındır. Ölüm ondan daha yaxındır."
Adam soruşdu:
"Əcaib nədir? Əcaibdən daha əcaib nədir?"
Hz.Əli cavab verdi:
"Dünya əcaibdir. Dünyanı sevmək isə ondan daha əcaibdir."
Və adam son olaraq, bu sualı soruşdu:
"Çətin nədir? Çətindən daha çətin nədir?"
Və Hz.Əli, bu son suala da, belə cavab verdi:
"Qəbir çətindir. Azuqəsiz, əməlsiz qəbirə girmək ondan daha çətindir." Ardı »