Maraqlı melumatlar → İMAN ZƏİFLİYİNİN ƏLACI(ikinci hissə)
7) İman zəifliyinin əlaclarından biri də pis, fəlakətli sonluqdan qorxmaqdır. Bu, müsəlman itaətə, qəlbində imanı canlandırmağa sövq edir, pis sonluğa gətirən səbəblər isə çoxdur. İman zəifliyi, asiliklərə dalmaq bu səbəblərdəndir. Rəsulullah (s) buyurur: «Kim özünü bir dəmir parçası ilə öldürərsə, cəhənnəmdə həmin o dəmir parçasını orada əbədi olaraq qarnına sancacaq. Kim zəhər içərək özünü öldürərsə, cəhənnəm odundə əbədi olaraq sürüklənəcək». ( Müslim, 109). Peyğəmbərin (s) dövründə belə hallar baş vermişdi. Məsələn, müsəlmanların düşərgəsində kafirlərə qarşı biri vuruşurdu. Onun kimi heç kim vuruşmurdu. Peyğəmbər (s) onun haqqında dedi: «O, Cəhənnəm əhlindəndir» . Döyüş zamanı müsəlmanlardan biri görür ki, o, ağır yaralanır və Ardı »