Maraqlı melumatlar → Loğman peyğəmbərin xidmətçilik vaxtı
Bir gün Loğman Peyğəmbərin ağasına hədiyyə olaraq bir qarpız gətirirlər. Ağası xidmətçilərindən ən çox istədiyi Loğman olur.
O başqa xidmətçisinə:
- Oğlum, get Loğmanı çağır deyir.
Loğman bu çağırışa dərhal cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verilən dilimi bal kimi, şəkər kimi yeyir. Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadır.
Beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.
Yerdə bir dilim qalır. Ağası:
-Bunu da mən yeyim. Baxım görüm necədir? Hər halda, bu, çox dadlı bir qarpızdır deyir. Çünki Loğman elə ləzzətlə, elə zövqlə, Ardı »