Maraqlı melumatlar → Quranı tərk etməkdən çəkinmək
"Peyğəmbər də: "Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdi!" – deyəcək" (Furqan, 25/30)
Uca Allah Elçisi və Peyğəmbəri Məhəmməddən (sallallahu əleyhi və səlləm): "Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdi!" dediyini xəbər verir. "Kafir olanlar öz dostlarına: "Bu Quranı dinləməyin, o oxunduqda səs-küy salın ki, bəlkə, bununla Məhəmmədə qalib gələsiniz!" (Fussilət, 41/26) buyruğunda bildirdiyi kimi, onu dinləmir, ona qulaq asmırlar. Onlara Quran oxunduğu zaman onu dinləməmək üçün təmtəraqlı sözlər danışır, səs-küy qoparırlar. Bax bu, Quranı tərk etməkdir. Ona imanı, onu təsdiq etməyi tərk etmək də onu tərk etmək deməkdir. Onun üstündə düşünməyi, onu anlamağa çalışmağı tərk etmək onu tərk etmək, Ardı »