Maraqlı melumatlar → ALLAH İNSANIN DUASINI QƏBUL EDƏR
Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. ALLAH quranda belə bildirmişdir:
Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul ədib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” ("Bəqərə" surəsi, 186)
Allah ayədə də bildirdiyi kimi, hər insana çox yaxındır, hər insanın ürəyindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarını, hətta şüurlarından keçirdiklərini belə bilir. Beləliklə, Allah Ona üz tutub dua edən, Ondan istəyi olan hər kəsi eşidir və bilir. Ardı »