Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlar → Dilin Səbəb Olduğu Günahlar

İslam - sülh və əmin-amanlıq dinidir. Hər birimizin başqalarına qarşı məsuliyyətimiz və vəzifəmiz vardır. Hər birimiz bir-birimizə ehtiram göstərməliyik. İslam dinində insan bədəninin hər bir üzvü Allah qarşısında məsuliyyət daşıyır. Dil də bu cür üzvlərdən biridir. Ondan həm yaxşı məqsədlərdə istifadə etmək olar, həm də pis. Həm gözəl sözlər danışmaq olar, həm də pis sözlər. Onunla başqalarını incitmək də olar, sevindirmək də.

Bəs dilimizlə hansı günahları işlədirik?



1. Təhqir.

İslam dinində böyük günahlardan biri də başqasını təhqir etməkdir. Təhqir olunmuş insan zəlil və xar olar. Hədislərin birində deyilir: “Hər kim yoxsul mömini təhqir edər, alçaldarsa, Allah da onu təhqir edər. Həmişə qəzəbə düçar Ardı »

Maraqlı melumatlar → CƏHƏNNƏM ƏHLİNİN GEYİMİ

Allah-taala Cəhənnəm əhli üçün oddan paltar biçdiyini xəbər verərək buyurur: «Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir».

Bu heç də bu dünyada olduğu kimi bəzəkli və şıx libas deyildir, əksinə, intiqam və əzab naminə əsil oddan hazırlanmış libaslardır. Oddan paltar yaradan Allah necə də nöqsansız və qüsursuzdur!
Allah-taala buyurur: «O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!»
Ayədəki qətran sözü ərinmiş mis mənasındadır. Allah-taala qətranın pis iyli və xoşagəlməz rəngə malik olması ilə yanaşı daha tez alovlanmasını da vurğulamışdır.
Allah-taala buyurur: «Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan Ardı »

Maraqlı melumatlar → İbrətamiz Və Kədərli Hekayə

Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim. Atam sarılar, öpər sonra da, "indi otağına get!" deyərdi.Yemək hazırlanınca anam çağırar bu dəfə masada bir araya gəlirdik atamla.Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım. Atam əsəbiləşər, "Bütün gün insanlara baş partlatmaqdan böhrana düşdüm, birdə sən başmı ütüləmə!" deyərdi. Anam da "Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?" deyə danlayar, məni otağıma göndərərdi. Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim...
Atam arxamdan, "Bizim bir otağımız belə yox Ardı »

Maraqlı melumatlar → Men Geri Dondum.Numunevi Bir Sohbet Inshellah

Mueyyen bir saatda biriyle goruseceksiniz, amma vaxtinda gelmez. Cox muveffeqiyyetli bir is gorersiniz, amma qarsinizdaki sexs bunu lazimi sekilde qiymetlendirmez. Cox calisaraq qarsinizdaki sexse yaxsiliq edersiniz, o sexs bunu hec anlamaz. Yaxsi niyyetle soz soyleyersiniz, amma qarsinizdaki bunu sehv anlayar. Saatlarla bir yeri temizleyib cox mukemmel veziyyete salarsiniz, biri gelib dusuncesizce cirkleder. Yuxunuz geler, amma biri dusuncesizce ses-kuy salar. Cox tecili veziyyetde birinden komek isteyersiniz, o adam sizi unudar. Ehemiyyetli bir sey emanet edersiniz, qarsinizdaki bunu itirer. İllerle universitet imtahanina hazirlanarsiniz, son gun o saatda xestelenib imtahana gire bilmezsiniz. Teze paltar alar geyersiniz, aniden biri uzerinize ne ise toker. Keyfiyyetli vesait Ardı »

Maraqlı melumatlar → Sünnənin İslamlda məqamı və onsuz Quranın kifayət etməməsi

Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdıqdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir.
Allah təalə buyurur: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (3/102).

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Ardı »

Maraqlı melumatlar → Peyğəmbərin (s.) RAMAZAN Xütbəsi

Həzrəti Peyğəmbər (s) Ramazan ayının gəlişi ərəfəsində müsəlmanların qarşısında xütbə oxuyaraq belə buyurmuşdu:

"Ay camaat! Allahın ayı Ramazan bərəkət, rəhmət və günahlardan bağışlanma nemətləri ilə sizə doğru gəlir. Allahın hüzurunda bu ay başqa aylardan daha üstündür. Günlərin ən üstünü, gecələrin ən yaxşısı, saatların ən fəzilətlisi bu aydadır.

Ramazanda ac və susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu yada salın. Kasıblara əl tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun. Dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri dinləməkdən çəkindirin! Başqalarının yetimləri ilə mehriban rəftar edin ki, sizin yetimlərinizə qarşı da başqaları mehriban olsunlar…

Ay camaat! Bu ay ərzində hər kim öz Ardı »

Maraqlı melumatlar → BÖYÜK VƏ KİÇİK GÜNAHIN TƏRİFİ

Onlar deyirlər ki: «Allahın Quranda qadağan etdiyi hər bir günah böyük, Rəsulullahın Sünnədə qadağan etdiyi isə kiçik günah sayılır». Bir qrup da: «Qadağan olunan günaha hədə, cəza, lənət, qəzəb, bizdən deyildir gələrsə bu böyük günahdır, bunlar gəlməzsə bu kiçik günah sayılır». Digər qrup: «O, günaha görə dünyada hədd, axirətdə əzab varsa böyük günah, dünyada hədd, axirərtdə isə əzab yoxdursa kiçik günah sayılır». Digər qrup: «Əgər bu günah haqda şəriətlər ittifaqa gəliblərsə ki, bu böyük günahdır deməli bu böyük günah, yox əgər bir şəriətdə böyük, digərində kiçik günah sayılırsa onda kiçik günahdır». Digər qrup: «Allah və rəsulunun lənət etdiyi hər bir günah Ardı »

Maraqlı melumatlar → ƏLACI BAL OLAN XƏSTƏLİKLƏR

1.Taqətsizlik və ümumi zəiflik: dağ rozmarininin(Yarpaq və çiçəyindən ətirli yağ hasil edilən cənub bitkisi.) balı ilə müalicə edilir.
2.Piyli sızanaqlar: arı yapışqanının mərhəmini sürtməklə müalicə edilir.
3.Mədə qazı: limon ətirşahından alınan balla müalicə edilir.

4.Müvəqqəti saç tökülmələri: tozcuq dənələri ilə müalicə edilir.
5.Çəkini azaltma: arı südü və tozcuq dənələri ilə müalicə edilir.
6.Aybaşının kəsilməsi: sərv və şabalıd ağaclarından hasil olunan balla müalicə edilir.
7.Badamcıq vəzilərinin iltihabı: limon ətirşahından və kəklikotundan alınan balla müalicə edilir.
8.Qanazlığı: arı südü və dağ rozmarininin balı ilə müalicə edilir.
9.Farinqit: limon və kəklikotundan alınan balla müalicə edilir.
10.Stenokardiy(Döş anginası; ürək xəstəliyi)yemişan balı ilə müalicə edilir.
11.Qəm-qüssə, kədər: portağal ətirşahından hasil edilən balla müalicə edilir.
12.İştahanın kəsilməsi: arı Ardı »