Maraqlı melumatlar → İmahan
Talut dünyadan köçdükdən sonra Davud padşahlığa çatdı. Padşahlıq məqamı onu məğrur etmədi. O verdiyi ne`mətinə görə Allaha şükr edirdi. Allah-təala Tövratdan sonra Davud üçün Zəburu göndərdi. Ona çox işlər öyrətdi. Quşların dilini tə’lim verdi. Ona gözəl və ürəkoxşayan səs əta etdi. Davudun səsini eşidən zaman insanların ürəklərində iman güclənirdi. Səsi ürək açır və çaydan axan suyun səsinə oxşayırdı; axar suyun şır-şır səsinə, bahar çağı quşların könül oxşayan səslərinə.
Allah-təala dəmiri onun üçün yumşaltdı. Möhkəm dəmir Davudun əlində yumşaldı. Davud dəmirdən Allah yolunda mübarizlər üçün zireh düzəldirdi.
O böyük insan at yetişdirməyə də böyük əhəmiyyət verirdi. Çünki, atlar güclü silah sayılır və at minənlər Ardı »