Maraqlı melumatlar → ALLAHın lütf və Əzəməti
1– İmam Səccad əleyhissalam buyurur… Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!
İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün Ardı »