Maraqlı melumatlar → Mirzə Əbdürrəhim Qarabaği
Mirzə Əbdürrəhim Molla Məhəmmədbağır oğlu Qarabaği - şair, müctəhid
[redaktə]
Həyatı
Mirzə Əbdürrəhim Qarabaği 1794-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Onun mənsub olduğu nəslin nümayəndələri ardıcıl olaraq Şuşanın qazisi və məşhur ruhaniləri olublar. Təhsil almaq məqsədilə Nəcəfə yola düşən gənc Mirzə Əbdürrəhim Şeyx Əhməd Bəhreynidən dərs alaraq ictihad məqamına çatmışdı. Daha sonra Şuşaya qayıdaraq elmi və ictimai fəaliyyətə başlamışdı. O zaman Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Buna baxmayaraq Mirzə Əbdürrəhim Qarabağinin sayəsində burada mədrəsələr açılır, şəriət qanunları təbliğ olunur, dini elmlər üzrə tələbələr yetişdirilirdi. Onun fəaliyyətindən narahat olan bəzi qüvvələr alim barəsində şaiyə yayır və rus məmurlarına yanlış məlumatlar çatdırırdılar. Bu səbəbdən alim Tiflis Ardı »