Maraqlı melumatlar → Dili hifz etmək
Allah təala buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi,18). İnsanın yaxınlığında onun hər sözünü yazan mələklər vardır. Lakin insan bu hörmətli mələkləri gözü ilə görmədiyi üçün düşünmədən və fərqinə varmadan danışır. Allah təala buyurur: “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür” (əl-Fəcr (Dan yeri) surəsi, 14).
Bilinməlidir ki, Allah təala bizi qoruyur və bizi mühafizə edir. Insanın müstəhəb, günah, savab, dediyi hər bir söz qeyd olunur. Buxari və Müslimin səhih kitabında Əbu Hüreyrədən (r.a) gələn rəvayətdə deyilir ki; Peyğəmbər (s.ə.s) dedi: “Kim Allaha və axirət gününə iman edirsə ya xeyir söyləsin, Ardı »