Maraqlı melumatlar → MƏHƏMMƏD İBN ƏBİ BƏKRİN MÜAVİYƏYƏ MƏKTUBU
Məhəmməd ibn Əbi Bəkrdən azğın Müaviyə ibn Səxrə: Allahdan itaət edənlərə və Allah övliyalarına təslim olanlara salam olsun.
Allah öz böyüklüyü ilə insanları yaratmışdır, bihudə və acizlik üzündən yox. Onları yaratdığı zaman yaranmalarına ehtiyacı olmamışdır. Onları Öz bəndələri olaraq yaratmışdır. Sonra Öz elmi əsasında bəzilərini peyğəmbərliyə seçmişdir. Həmçinin onların arasından Mühəmməd (s)-i peyğəmbər etmişdir. Öz risalətini ona vermişdir. Onu Öz vəhyi üçün seçmiş, Öz işində əmin bilmişdir. Onu müjdəverici və qorxuducu etmişdir ki, özündən qabaq olan kitabları təsdiq etsin. Şəriət və hökmlərə hidayətçi olsun.
O, elm və xeyirxah məsləhətlə xalqı Allaha tərəf dəvət etdi. Ona birinci cavab verib iman gətirən, özünü Ardı »