Maraqlı melumatlar → BİR TÖVBƏNİN TARİXÇƏSİ
Həzrət Musa Peyğəmbərin (ə) zamanında Bəni-Israil qövmünün içinə qıtlıq düşdü. Uzun müddət yağış yağmadığı üçün məhsul olmadı. Camaat aclıqdan əziyyət çəkirdi. Qövmün başçıları, abidlər 70 dəfə istisqa (yağış diləmə) namazı qıldılar, amma faydası olmadı.
Həzrət Musa (ə) Allaha dua edib öz qövmü üçün nicat istədi. Allah Ona vəhy etdi: “Sənin ümmətinin arasında bir nəfər var ki, 40 ildir günah edir, mənim əmrlərimi pozur. Onu öz içinizdən qovun, mən də sizə yağış göndərim”.
Musa Peyğəmbər (ə) camaatı bir yerə toplayıb, Allahın kəlamını onlara elan etdi və buyurdu: “Allahın dediyi günahkar adam kimdirsə, irəli çıxsın, bizləri tərk edib getsin”. Heç kim yerindən tərpənmədi. Həqiqi günahkar Ardı »