Maraqlı melumatlar → DİN NƏSİHƏTDİR
ÜÇÜNCÜ HƏDİS
DİN NƏSİHƏTDİR
Təmim əd-Dari Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: «Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir. Orada olanlar: Ey Allahın elçisi, kimin üçün? – deyə soruşdular. O isə cavabında dedi: Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün nəsihət etmək»[1] Müslim rəvayət etmişdir.
Peyğəmbər (s.a.v.) dediyinin əhəmiyyətini bildirmək və ümmətə yol göstərmək üçün bu sözləri bir neçə dəfə təkrar etmişdir. Ona görə təkrar etmişdir ki, qoy bütün ümmət bilsin ki, dinin zahiri və batini nəsihət üzərində qurulmuşdur. Bu, deyilən beş haqqın öhdəsindən layiqincə gəlməkdir.
Allah üçün nəsihət, onun təkliyini etiraf etmək, yalnız Onun kamil sifətlərə sahib olduğunu və heç kəsin heç Ardı »