Maraqlı melumatlar → O Bir Gun Gelecek...
Sorsalar ki, nədi dünya? necə dünyadı denən,
Möminə dar qəfəs, kafərə ə'ladı denən,
Gələn insanı gedir tək özü tənhadı denən,
Desələr kim, əbədiyyət var? o üqbadı denən,
Hər şeyin sahibi var Həqqü Tə'aladı denən!
Düşdü Adəm necə şeytani-nəfs təsirinə,
Söylə tədbirmi olar Ləmyəzəlin təqdirinə?
Əhmədin surəti nurnan qarışıb bir-birinə,
Sorsalar Adəm olub əhf, kimin xatirinə?
Rəsulullahdır onun ismi, mübərradı denən!
Desələr ki, görəsən sahibi-təqva kimdir?
Özü bir mənbeyi-hikmət, sözü mə'na kimdir?
Şübhəsiz ki, Əlidir adil olan hakimdir,
Sorsalar, xətmi-Rəsuldan sora mövla kimdir?
Əli ibni Əbu Talib bizə mövladı denən!
Etdi kordan da həya şan, şərafətli xanım,
Odu Həzrət Əlinin övrəti ismətli Ardı »