Maraqlı melumatlar → ***QeRiBe_DeYiLMi???***
- Qəribə deyilmi ki, 10
manatlıq əskinazı məsciddə
sədəqə verdikdə bu məbləğ
bizə çox görünür, alış-verişə
xərclədikdə isə az!?
- Qəribə deyilmi ki, namaza
və ibadətə sərf etdiyimiz 1
saatlıq müddət bizə uzun,
televizor qarşısında isə qısa
görünür!?
- Qəribə deyilmi ki, namazda
fikrimizi bir yerə
cəmləməkdə çətinlik çəkirik,
amma dostlarımızla deyib-
güləndə isə deyil!?
- Qəribə deyilmi ki, Qurandan
1 hissəni candərdi oxuyuruq,
amma xoşladığımız roman
heç əlimizdən düşmür!?
- Qəribə deyilmi ki, Qurandan
1 hissəni əzbərləməkdə nə
qədər çətinlik çəkirik, amma
edilən dedi-qoduları,
müxtəlif boş məzmuna malik
mahnı sözlərini isə tez yadda
saxlayırıq!?
- Qəribə deyilmi ki,
qəzetlərdə yazılanlara tez
inanır, Allahın kitabi Quranda
yazılanlara isə tərəddüdlə
yanaşırıq!?
- Qəribə deyilmi ki, hamımız
Cənnətə girmək istəyir,
amma bunun üçün zəhmətə
qatlaşmaq istəmirik!?
- Qəribə deyilmi ki, hər
birimiz başqalarının
günahlarını gördükdə hakim
olur, öz günahlarımızı
gördükdə isə vəkilə
çevrilirik!?
- Ardı »