Maraqlı melumatlar → ÖLÜMÜN ƏKİZ QARDAŞI
Bütün böyük tamaşalardan əvvəl mütləq proqon məşq – yəni son məşq olduğu kimi yuxu da ölümdən öncə böyük tamaşaya kiçik bir məşqdir. Bu məşq sənə ona görə lazımdır ki, BÖYÜK TAMAŞAYA necə hazırlaşdığını biləsən. Çünki bu yuxu nə vaxtsa son məşq olacaq və tamaşa başlanacaq...
Və bir gün sən mütləq son rolunu oynayacaqsan. Bəlkə tamaşaçıların alqışı altında, bəlkə də sükutun izlədiyi bir səssizlikdə pərdə enəcək və sən həyat səhnəsini tərk edəcəksən. Tərk edib səhnə arxasına dönəcəksən. Ya xəlifə kimi, ya da qurumuş və qoxumuş bir qan laxtası olaraq. Amma mütləq dönəcəksən. Çünki doğulmamışdan öncə sənə "Buraya geri dönəcəksən!" deyə bir vəd verilib. Ardı »