Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarDÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (Beşinci misal)

Beşinci Misal
Allahın elçisi (sav) dünyanı və dünya əhlini ağacın kölgəsinə bənzətmişdir. İnsan isə bu dünyada Allaha doğru gedən bir müsafirdir. Bu müsafir qızmar bir yay günündə ağacın altında kölgələnib, sonra isə durub oranı tərk edir.

Bu misalın gözəlliyi və reallığa nə qədər uyğun olduğu barəsində dərindən fikirləş. Çünki dünya yaşıllığında ağaca, sürətli keçməsində və yavaşyavaş yığılmasında isə kölgəyə bənzəyir. Qul öz Rəbbinə doğru bir yolçudur. Yolçu qızmar bir yay günündə ağaca rast gəldikdə onun altında ev tikməsi və orada qərar tutması yaxşı olmaz. Əksinə, ehtiyacı olan qədər ağacın altında kölgələnər, bunu uzatdığı təqdirdə isə yoldaşlarından geri qalmış olar. Ardı »

Maraqlı melumatlarMələklərin Gözəlliyi

Uca və Böyük olan Allah mələkləri möhtərəm və gözəlliklə zinətləndirmişdir. “Bunu ona çox qüvvətli olan öyrətdi gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü”. (ən-Nəcm 5-6). İbn Abbas – radıyallahu anhu – deyir ki: “Zu Mirra – gözəl xarici görkəmli deməkdir”. Qatada – rahmətullahi aleyhi - deyir ki: “Gözəl qəd-qamətli deməkdir”. Həqiqətən Cəbrail – əleyhissəlam – Möhtərəm və Gözəl mələkdir.
Fitri olaraq insanlar daima mələkləri gözəl, şeytanı isə çirkin, eybəcər sayırlar. Buna görə də gözəl görnüşlü insanı mələk ilə müqayisə edirlər. Bax, gör qadınlar Yusuf – əleyhissəlam – ı gördükləri zaman nə dedilər: “Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün Ardı »

Maraqlı melumatlarSələfin Həyatından İbrətlər (7)

Nə üçün sələfin sözü daha faydalıdır?

Həmdun əl-Qassardan (rahiməhullah) soruşdular:
- Nə üçün sələfin sözü bizim sözümüzdən daha faydalıdır?

Həmdun əl-Qassar (rahiməhullah) cavabında buyurdu:
- Çünki onlar, İslamın izzəti, nəfslərin xilası və Rahmənin rizası üçün danışardılar. Biz isə, nəfslərin izzəti, dünyanın tələbi və insanların rizası üçün danışırıq.

[İbnul Cəuzi, ‘Sıfətus Safvə’ kitabı, 2/122] Ardı »

Maraqlı melumatlarSual: Qardaşlardan eşitmişəm ki, hər kəs özünə layiq biri ilə həyat qurur. Əgər bir kişi saleh biri

Sual: Azan vermək vacibdirmi? Bizim, yəni kollec tələbələrinin qaldığı yataqxananın yaxınlığında məscid yoxdur və ona görə də, namazı namazgahda qılırıq. Belə olduğu halda namaz üçün azan vermək bizə vacibdirmi? Uzaqda yerləşən məscidlərdən azanın səsini eşidirik.

Cavab: Həmd Allaha məxsusdur.

Əvvəla:

Azan-ərəb dilində elan etmək və yaxud bəyan etmək mənasını daşıyır. Allah təala buyurur: “İnsanları həccə çağır (əzzin)” [əl-Həcc 22:27]

Şəri istilahda azanın mənası: fərz ibadətin vaxtını elan etməklə, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət olunan sözləri söyləməklə xüsusi bir şəkildə Allaha ibadət etməkdir.

İkincisi:

Fəqihlər ittifaq ediblər ki, azan islam dininin özünəməxsus xüsusiyyətlərindən və aşkar şüarlarından biridir. Lakin azanın Ardı »

Maraqlı melumatlarTəyəmmüm necə alınır

sual-
salam aleykum Yaşar müəllim.
Təyəmmüm necə alınır.Xahiş edirəm yazasınız.

cavab-
va aleykum salam.
Uca Allah buyurur: «…Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün…» («əl-Maidə», 6)

Təyəmmüm etməyin qaydası

1 Niyyət edib bismilləh demək və ovucların içini təyəmmüm üçün seçilmiş yerə bir dəfə vurmaq (şəkil 13-14).
2 Onlara yapışmış toz-torpağı üfürüb və ya bir-birinə çırpıb təmizləmək.
3 Sonra əlləri üzə çəkmək (şəkil 15) və bir-birinə sürtmək (şəkil 16).
Təyəmmüm yalnız təmiz torpaq və buna bənzərlə edilməlidir.
Su ola-ola səbəbsiz yerə təyəmmüm almaq şəriətə müxalifdir və bu cür qılınan namaz batildir. Ona görə hətta namazın vaxtı çıxırsa Ardı »

Maraqlı melumatlarMƏNSURUN GƏLƏCƏYİNDƏN DƏQİQ XƏBƏR

Əbu Bəsir deyir: Mən və İmam Baqir(ə) Rəsulullahın məscidində oturmuşduq və İmam Səccad(ə) o zaman sağ idi. Bu zaman Mənsur Dəvaniqi və Davud ibni Süleyman varid oldular. Bu Abbasi xəlifələrinin (Mənsur onlardan biri idi.), hökumətə çatmadığı zamanında idi. Davud İmam Baqirin(ə) hüzuruna yetişdi. Həzrət buyurdu: Niyə Mənsur gəlmədi?
Cavab verdi: Çəkinir.
İmam buyurdu: Çox keçməyəcək ki, o, camaatın hökumətinə çatacaq, onlara müsəllət olacaq, bütün islam hökumətində hökmranlıq edəcək və uzun ömrü olacaq. Xəzinələri və malları yığacaq belə ki, ondan əvvəlkilər bu cür etməmişdilər.
Davud Mənsur Dəvaniqin yanına gedib, onu İmamın(ə) dediklərindən xəbərdar etdi. Mənsur İmamın(ə) yanına gəlib dedi: Sizin hüzurunuza gəlməməyimin səbəbi sizin böyük Ardı »

Maraqlı melumatlarMUSELMAN OLMUW XIRISDIAN

SALAMUNELEYKUM
Bir gun bir xirisdian gelib girir mescide muselmanlara deyir men muselman olmaq isdeyirem ,men neylemeliyem.Muselmanlar ona deyir sen qusul edib kelmeyi wehadeti demelisen.Xirisdianda gedib qusul alib gelir muselmanlarin yaninda kelmeyi wehadeti deyir ve muselman olur.Sonra bes indi ne etmeliyem? Indise namaz qilmalisan,Xirisdian gedib namazin sozlerin oyrenib gelir ve ondan sonra bir nece gun muselmanlarLa bir yerde NAMAZ qilidi.Bir gun muselmanlar soruwdu sen dindar bir xirisdian olmusan bes nece olduku muselmanliqi qebul etdin? Xirisdian dedi dogurdanda men xirsian bir dindar idim ve ozmu Isa peygenberin davamcilarindan hesab edirdim her gun Allaha yalvarib deyirdim meni cenete Isa peygenerle bir yerde olanlardan et.Bir Ardı »

Maraqlı melumatlarALQI-SATQI FƏSLİ (IX )

TAPINTI MAL-DÖVLƏT (əl-Luqatə)

İtmiş qoyun və dəvə:

Tapılan, amma dəyəri az olan əşya və yeyinti məhsulu:

Əl-Həram hüdudlarında tapılan əşya:

Tapılan uşaq (əl-Ləqit)

Tapılan uşağın mirası:

İtmiş uşağın öz nəslindən olmasını iddia etmək:

HƏDİYYƏ

Hansı hədiyyədən imtina etmək olmaz?

Hədiyyənin əvəzini vermək:

Hədiyyə verərkən övladlar arasında fərq qoymağın haramlığı:

Heç kəsin verdiyi hədiyyəni geri götürməsi və ya alması halal deyil:

İşçilərin götürdükləri hədiyyə xəyanətdir:

ƏL-UMRA və ƏR-RUQBA

TAPINTI MAL-DÖVLƏT
(əl-Luqatə)
Tərifi: Ərəb dilində "əl-Luqatə" dedikdə, itmiş və sahibi bilinməyən mal-dövlət nəzərdə tutulur.
Bu ifadə daha çox qeyri heyvanlara şamil olunur. İtmiş heyvan isə "Dallə" sözü ilə ifadə olunur.
İtmiş mal-dövləti tapan adam nə etməlidir?
İtmiş malı tapan insan ilk olaraq tapdığı şeyin növünü və miqdarını ayırd etməli, sonra ədalətli insanları Ardı »