Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarGündəlik namazların sünnələri

sual-
salam aleykum qardash gundelik namazlarinin sunnetlerini allah rizasi uchun mene deyin allah siz

cavab-
va aleykum salam.
Gundəlik namazların sünnələri belədir.

1.Səhər namazı.
Səhər namazının sünnəsi 2 rukətdir və səhər namazının vaxtı girdikdən sonra səhər namazından əvvəl qılınır.Bu sünnə namazlarına ratibə sünnələri deyilir.Yəni namaza bağlı olna sünnə namazları

2.Günorta namaz.
Günorta namazından əvvəl 2 və ya 4 rukət və namazdan sonrada 2 rukət qıla bilərsiniz.

3.Əsər namazı
Əsr namazındən əvvə və sonra ratibə (yəni namaza bağlı) bir sünnə yoxdur.
Amma Əsr namazından əvvəl 4 rukət sünnə namazı qılmaq olar.Buna namaza bağlı olmayan sünnə deyilir.
Hədisi şərifdə peyğəmbərimiz (sav) buyurmuşdur:
"Kim Əsər namazından əvvə 4 rukət sünnə qılarsa , Uca Allah ona cəhənnəmi haram Ardı »

Maraqlı melumatlarXəyanətin Haram Olması

Cəmiyyətin əmanətə əxlaqla sahib çıxması imanın var olmasına dəlalət edir. Dürüslüyün və etibarın itməsi, imanın itməsinə işarədir. İbn Ömərin rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna misaldır: “Etibarlılığı olmayan şəxsin imanı da olmaz”.

Bəzzarın rəvayətində isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Etibarlılığı olmayan şəxsin nə dini var, nə namazı var, nə də zəkatı!” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) “Bu üç şey kimdə olarsa, oruc tutub, namaz qılıb, özünü müsəlman hesab etməsinə baxmayaraq, yenə də münafiqdir: Danışanda yalan deyər; vəd verəndə ona xilaf çıxar; ona bir şey əmanət Ardı »

Maraqlı melumatlarQüslün qismləri

Qüsl iki qismə ayrılır:

I. Vacib qüsllər.

1) Kişilərlə qadınlar arasında müştərək olan qüsllər:

-cənabət qüslü

-məshi-meyyit qüslü

-meyyit qüslü

- nəzir etmək, and içmək və ya əhd etməklə vacib olan qüsllər

2) Qadınlara xas olan qüsllər:

- heyz qüslü

- nifas qüslü

- istihazə qüslü

II. Müstəhəb qüsllər.

- məsələn, cümə qüslü. Ardı »

Maraqlı melumatlarOnlar bizə təsəllidir!

Niyə kədərlisən?
Yoxsa Adəm peyğəmbər (a.s) kimi 200 il tövbə etdin?
Niyə kədərlisən?
Yoxsa İbrahim peyğəmbər (a.s) kimi atəşə atıldın?
Niyə kədərlisən?
Yoxsa Zəkəriyyə peyğəmbər (a.s.) kimi mişarla doğrandın?
Niyə kədərlisən?
Yoxsa Yusif peyğəmbər (a.s) kimi quyuya atıldın?

Niyə kədərlisən?

Yoxsa Muhəmməd peyğəmbər (sas) kimi Taifdə daşlandın? Namazda ikən başına heyvan bağırsağı qoyuldu? Yoxsa Rasulullah (sas) kimi dişin qırıldı,hicrət etmək məcburiyyətində qaldın. Sevdiklərindən ayrıldın?

Niyə kədərlisən?

Yoxsa Həmzə (ra) kimi qulağın kəsildi?

Niyə kədərlisən?

Yoxsa Musab bin Umeyr (ra) kimi qolların kəsildi?

Niyə kədərlisən?

Yoxsa Cəfər ibn Əbu Talib (ra) kimi ox,mizraq və qılınc zərbələriylə yaralandın?

Niyə kədərlisən?

Yoxsa Əmmar, Sumeyyə,Yasir (ra) kimi işgəncə gördün?

Niyə kədərlisən?

Yoxsa Bilal (ra) kimi qızğın torpağa uzadılıb, üstünə daşlar qoyuldu?

Niyə kədərlisən?

Yoxsa Yunus peyğəmbər Ardı »

Maraqlı melumatlarZƏKAT - Zəkatın paylanması

Zəkatın paylanması
Zəkatı bu qrup insanların hamısına vermək lazımdırmı?
. 1. Yoxsullar:
. 2. Miskinlər:
. 3. Zəkatı yığıb paylayanlar:
. 4. Ürəkləri müsəlmanlığa isinişib bağlanmaqda olanlar:
. 5. Azad ediləcək kölələr:
. 6. Borclular:
. 7. Allah yolunda olanlar:
. 8. Yolçu:

Zəkatın paylanması
Uca Allah buyurur: «Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda Ardı »

Maraqlı melumatlarQadınların namaz qılma şəkli kişilərin namaz qılması ilə eynidirmi?

Sual: Sizdən xahiş edirəm namaz qılarkən qadınların doğru, səhih şəkildə necə oturmasını, həmçinin kişilər ilə qadınlar arasında namazda oturuş şəkillərinin fərqlərini göstərəsiniz.

Cavab: Həmd Allaha məxsusdur.

Qadınların namaz qılma şəkli ilə kişilərin namaz qılması namazın hər bir hissəsində, səcdə, oturuş və s. şeylərdə eynidir. Bu eyniyyət aşağıdakı dəlillərə əsaslanır:

1. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Məni necə namaz qılan gördünüzsə, siz də o cür namaz qılın”. Buxari rəvayət etmişdir. Bu müraciət həm kişiləri, həm də qadınları əhatə edir.

Şeyx Albani rahiməhullah demişdir:

Peyğəmbərdən sallallahu aleyhi və səlləm namaz qılma şəkli ilə əlaqədar varid olan hər bir şeydə kişilər və qadınlar Ardı »

Maraqlı melumatlarİslamın Gözəllikləri (Kamillik və Şamillik)

1) Kamillik və şamillik:
İslam şəriətinin dayağı möhkəm, binası isə kamildir. Həqiqətən bu şəriət, dünyada insanı bəşəriyyətin kamillik dərəcələrinə yüksəldən və axirətdə onu nicata yetişdirən şəriət qaydaları gətirmişdir.
Həmçinin İslam şəriəti cin və insanlar üçün nazil edilmiş ümumi bir dindir. O, bir tayfaya və nəslə xas olub digərlərinə aid olmayan şəriətlərdən deyil, əksinə bütün insanlar üçün nəzərdə tutulmuşdur.

Eləcə də İslam şəriəti, həyatın bütün sahələrini və cəmiyyətin hər bir təbəqəsini əhatə edir. Bu din hər təfərrüat haqqında məlumat vermədən, yaxud ona bir hökm aid etmədən və ya onu bir qaydanın daxilində qeyd etmədən onu tərk etməyib. Islam şəriəti insanların işi qarşısında aciz olmaz, Ardı »

Maraqlı melumatlarNamaza gəlin !

NAMAZA GELİN NAMAZA

Namaz müminlere farzdır
Mümin isen gel namaza
Ömür kısa zaman azdır
Namaza gelin namaza

Kulağını ver ezana
Sabahlarlı kalk namaza
Uyma sakın beynamaza
Namaza gelin namaza

Namazda vardır bereket
Dize dermandır hareket
Kılmayanı bekler felaket
Namaza gelin namaza

Namaz müminin miracıdır
Bütün dertlerin ilacıdır
Hem zırhı hem de kılıcıdır
Namaza gelin namaza

Namazda vardır birlik
Kalpte olur güzellik
Kılanda kalmaz cahillik
Namaza gelin namaza

Namaz dinin direğidir
Müminliğin gereğidir
Bereketin sebebidir
Namaza gelin namaza

Bırakma namaz kazaya
Girmesin şeytan araya
Dua et yalvar mevlaya
Namaza gelin namaza

Namazda nurlanır yüzler
Allah için ağlar gözler
Söylenir çok güzel sözler
Namaza gelin namaza

Metini kıl namazını
Görürsün çok faydasını
Bırak dünya sevdasını
Namaza gelin namaza Ardı »