Maraqlı melumatlar → Hz.Məhəmməd - Kəlamlar...
Allah-Təala duada israr edənləri sevər...
-Acı çəkən səbr etsin, -Acı çəkdirənsə acı çəkəcəyi günü gözləsin...
Üç xasiyyət kimdə varsa, Tanri ona rəhm edər və cənnətə göndərər.Bunlardan biri zəiflərə xoş rəftardır, biri ata-ananı saymaq, onların hörmətini gətirməkdir, biri isə kölələrə qarşı mərhəmətli olmaqdır...
İbadət yetmiş qapıdır (qisimdir), bunlardan ən üstünü ruzi qazanmaq üçün çalışmaqdır...
Yoxsullarla oturub-durmaq sadəlikdir, sədəqənin ən üstünü yoxsullara edilən yardımdır...
Mənasını bilmədən, dərk etmədən Quran oxumaq faydasızdır...
Mömin xurma ağacına bənzər; ondan nə alsan (xasiyyətindən, əməllərindən, sözündən-söhbətindən nə götürsən) sənə faydası dəyər...
İnsanlar darağın dişlərinə bənzərlər, bir-birlərinə oxşarı var...
Allah bütün insanları bir torpaqdan yaradıb...
Düşün və diqqət yetir, sən gözəlliyindən, yaxud sifətinin rəngindən savayı heç bir kəsdən Ardı »