Maraqlı melumatlar → Islamda Revayetler_13-16
13-İKİ FƏDAKAR
Mö`minlər ağası Həzrət Əli (əleyhissalam)-ın qanlı ürəyindən qopan odlu sözlər dağlar və qayaları belə lərzəyə gətirdi, amma orada olanların xəstə ürəkləri hətta az da olmuş olsa belə tərpənmədi, bir neçə nəfərdən başqa. Onlar Əli (əleyhissalam)-ın çağırışına müsbət cavab vermədilər. Həzrət xütbənin sonunda üç dəfə buyurdu:
«O kəs ki, itaət olunmur, onun rə`yi yoxdur.» Bu vaxt bir şəxs qardaşı ilə birlikdə ayağa qalxıb dedi: Ya Əmirəlmö`minin, budur mən və qardaşım sizin buyurduğunuzu qəbul edirik, necə ki, Allah Həzrət Musanın camaatına buyurmuşdu, o zaman Musa dedi:
«Pərvərdigara, mənim ixtiyarım təkcə özümə və qardaşıma aiddir.» Bizə fərman ver, and olsun Allaha, sənin əmrinlə cihad meydanına Ardı »