Maraqlı melumatlar → Allaha Təvəkkül
«Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər» («Maidə» surəsi, 11-ci ayə). İnsan nə qədər güclü olsa, nə qədər geniş imkanlara, iqtidara malik olsa belə, öz təbiətinə görə yenə də bir çox işlərin qarşısında acizdir. İnsanın vəzifəsi müsbət istiqamətdə öz imkanlarını toparlayıb iş görməkdir. Lakin elə olur ki, gözlənilən nəticə hasil olmur. Bu zaman Allaha imanı olan kəs əsla ruhdan düşməməli, Ona sığınmalı və işin müsbət nəticə verməsini Allaha həvalə etməlidir. Sadəcə, sözlə deyil, səmimi-qəlbdən «Allaha təvəkkül!» deyib, Allahdan yardım diləməlidir. Allah isə Ona həvalə edilən işi insanın xeyiri istiqamətində mütləq yerinə yetirər.
Amin.
«Mən də bu istəyə qoşuluram», «elə olsun», «duamızı qəbul et» Ardı »