Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarHƏYA

Həya, nəfsin hər hansısa bir şeyi onda qüsur olduğundan ehtiyat edərək tərk etməsidir. Salim bin Abdullah bin Ömərin öz atasından (Allah hər ikisindən razı olsun) rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin öz qardaşına həya barəsində öyüd verdiyini eşidir və ona deyir: “Burax onu! Həya imandandır”.

İmran bin Hasinin rəvayət etdiyi hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Həya yalnız xeyir gətirər”. Əbu Səid əl-Xudri rəsulullahı (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə vəsf etmişdir: “Allahın rəsulu evdəki bakirə qızdan daha həyalı
idi. Əgər bir şey onun xoşuna gəməsəydi, Ardı »

Maraqlı melumatlarİbn Abbasın xavariclərlə münaqişəsi

İslam ümməti son zamanlarda ən qiymətli bir şeydə - Allah tərəfindən Rəsulallah (s.ə.s) ilə gələn və səhabələrin də onun üzərində getdiyi əqidəsində müsibətə düçar olmuşdu. Səhabələri eyni əqidədə öncəkilərdən bir camaat və sonrakılardan da birazı təqib etmişdi. Hələ də Rəsulallah (s.ə.s) xəbər verdiyi kimi ümmətindən bir taifə o əqidə üzərindədir.

Bu müsibətin kökləri ilk əsrlərə qədər uzanır. Raşidi xəlifə Ömər ibn əl Xəttab (r.a)-nun kinli məcusi tərəfindən öldürülməsi ilə başlamışdır. Sonra da Osman zinureyn (r.a) alçaqcasına qətl edildi. Sonra qədərin inkarı fikri ortaya çıxdı. Müsəlmanlar arasında fitnə başladı. Aralarında müharibələr oldu. Xəvariclər çirkin fikirləri ilə ortaya çıxmağa başladılar. Rafizilər meydana gəldi və Ardı »

Maraqlı melumatlarKəbində valideyn razılığı

sual-
Salam aleykum.Men nishanliyam ve halalliq uchun kebin kesdirmek
isteyirik.Lakin valideynlerim toya qeder gozlemeyimizi meslehet
bililer. Biz ise tez-tez gorushuruk ve bu duzgun deyil.Elbetde milli
adetlerimizden qiraga chixmamaq sherti ile mueyyen qeder halalliqin
olmasi uchun kebin isteyirik. Sual- kebinde valideynlerin raziligi ne
derecede vacibdir? Minnetdaram. ALLAH RAZI OLSUN

cavab-
va aleykum salam.
Atasının icazəsi olmadan qadın kəbin kəsdirərsə bu kəbin batildir. Ardı »

Maraqlı melumatlarSəhih Müslim (İman kitabı ) Şəfaət

Altmışıncı fəsil: Şəfaət.

Əbu Hüreyrə (r.a) belə rəvayət edir: “Bir gün Peyğəmbərə -s.a.v (bişmiş) ət gətirdilər. Ona qol tərəfindən bir parca verdilər. Çünki Peyğəmbər (s.a.v) qol tərəfini çox xoşlayardı. Ondan bir tikə dişlədikdən sonra belə buyurdu: “Qiyamət günü insanların ağası mənəm, bilirsinizmi nə üçün? Allah-Təala qiyamət günü gəlib getmiş hər bir kəsi bir yerdə toplayacaq. Çağıranın səsi hər kəsə eşitdiriləcək, göz hər kəsi görə biləcək və günəş yaxınlaşacaq. İnsanlar tab gətirə bilmədikdə, qəm-qüssə və kədər icində olacaqlar. İnsanlar bir-birinə belə deyəcəklər: “Halınızı görmürsünüzmü? Başınıza gələni görmürsünüzmü? Rəbbinizin yanında sizə şəfaətçi olacaq birini axtarmırsınızmı?” Və insanlardan bəziləri bir-birinə belə deyəcək: “Adəmin yanına gedin.” Ardı »

Maraqlı melumatlar: Nə üçün duamız qəbul olunmur?

İmam Qurtubi (rahiməhullah) buyurur:

- Bir gün İbrahim bin Azzama (rahiməhullah) belə dedilər: “Nə üçün dua edirik amma duamız qəbul olunmur?”

O belə cavab verdi:

• Çünki Allahı tanıyırsınız lakin Ona itatət etmirsiniz
• Çünki Peyğəmbəri tanıyırsınız lakin Sünnəsinə tabe olmursunuz
• Çünki Quranı tanıyırsınız lakin Qurana müvafiq əməl etmirsiniz
• Çünki Allahın nemətlərindən yeyirsiniz, lakin buna görə şükrünü vermirsiniz
• Çünki Cənnəti tanıyırsınız lakin buna can atmırsınız
• Çünki Cəhənnəmi tanıyırsınız, lakin ondan qaçmırsınız
• Çünki şeytanı tanıyırsınız, lakin onunla mübarizə aparmırsınız, əksinə onunla razılaşırsınız
• Çünki ölümü tanıyırsınız lakin bunun üçün hazırlıq görmürsünüz
• Çünki ölüləri dəfn edirsiniz, lakin bundan ibrət Ardı »

Maraqlı melumatlarBUDUR WEYTANIN SOZLERI !!!

1) Bir defeyle heç ne olmaz. 2) Hele cavansan. 3) Allah senin qelbinin temizliyine baxacaq. 4) Çalış zemane adamı olasan. 5) Allah gunahları bağışlayacaq. 6) Senden de çox gunah eden var. 7) Çox duşunub başını ağrıtma. 8) Görmursen ki, başqaları min oyundan çıxır. 9) Namaz qılmasanda olar esas odur ki,ureyın temız olsun. 10) Yaşlananda namaz qılarsan,indi hazır deyilsen. 11) 5 gunluk dunyadır ye iç kef ele.....eger bu sozleri size deyilirse onda bilinki sheytan sizinle danishir ve qarshinizdadir.Lenetuullah alewweytane Ardı »

Maraqlı melumatlarZEYDİN AQİBƏTİNDƏN XƏBƏR

Mühəmməd ibni Əbi Hazim deyir: Mən İmam Baqirin(ə) yanında idim. Bu halda Zeyd ibni Əli bizim yanımızdan keçdi.
İmam (ə) buyurdu: And olsun Allaha, Zeyd Kufədə qiyam edəcək və öldürüləcək. Başını dolandıracaqlar. Sonra isə onu o yerdə (İmam(ə) o yerə işarə etdi)-bir ağacdan asacaqlar. Bu sözləri İmamdan(ə) eşitdim və öz gözümlə müşahidə etdim. Bir gün bizə xəbər çatdı ki, Zeyd qiyam edib və öldürülübdür. Gördüm onun başını dolandırırlar və İmam(ə) buyurduğu yerdə bir ağacdan asdılar. İmamın(ə) buyurduqlarının dəqiq baş verməsindən çox heyrətləndim. Ardı »

Maraqlı melumatlarSümamə ibni Əsalın Əsir Götürülməsi və digər baş verən hadisələr

Yəmamə qəbiləsinin liderlərindən olan Sümamə, İslama və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı şiddətli düşmənçilik edən kəslərdən biri idi. Hicri 6-cı ilin məhərrəm ayında Müselimətul-Kəzzabın (Müseylimətul-Kəzzab Məhəmməd Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in dövründə yaşayan, özünü Peyğəmbər adlandıran bir şəxs idi. )

əmriylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı sui-qəsd etmək məqsədiylə Mədinəyə tərəf hərəkət etmişdir. O əsnada Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Məhəmməd ibni Məsləmə rəhbərliyində otuz nəfərlik bir süvari birliyini Mədinəyə yeddi gecə yolu uzaqlıqda Bəsrə yolu ətrafındakı Bəkr ibni Kilab Oğullarını təqib etmələri məqsədiylə göndərdi.
Mədinəyə dönən yolda Sümaməyə rast gəldi və onu həbs edərək Mədinəyə gətirdi. Onu məscidin dirəklərindən Ardı »