Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fars qiyamı

Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular.

Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən döyüşlərdə əsasən madaylar qalib gəir və farsları geri çəkilməyə məcbur edirdilər. Lakin sonradan II Kirin rəhbərliyi ilə çox qüvvətli fars ordusunun qurulması, Midiya hökmdarından narazı olan bəzi maday sərkərdələrinin satqınlıq edərək fars ordusuna keçməsi, nəticədə e.ə. 549-cu ildə üsyana davam gətirə bilməyən Maday dövlətinin süqutuna, hakimiyyətin farsların əlinə keçməsinə səbəb oldu. Beləliklə Maday dövlətinin xarabalıqları üstündə ilk fars dövləti – Əhəmənilər imperiyası yaradıldı.

Döyüşlər
Hirbə döyüşü
Persia sərhəddində döyüş
Pasarqad yaxınlığında döyüş
Pasarqad döyüşü


Tarix: 27.01.2015 / 19:04 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Midiya
loading...