Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mazares Herodotun "Tarix" əsərində

Herodotun qeydlərində Mazaresin II Kirə xidmət edən Midiya sərkərdəsi olması və Kiçik Asiyada üsyanı yatırarkən öldürülməsi göstərilir.

II Kirin e.ə. 539-cu ildə Lidiyanı fəth etməsindən sonra lidiyalılar rəsmən Paktias adlandırıldı və lidiyalılara, Kirin dövlət xəzinəsindən bəxşiş paylanılmaqla, onlardan və İoniya yunanlarından düzəldilmiş xüsusi ordu yaradıldı. Tabaluz Kirin Lidiyann paytaxtı Sard şəhərindəki satrapına qarşı üsyan etmiş, şah qvardiyasının da daxil olduğu fars ordusunu mühasirəyə almışdı.

Üsyan haqqında eşidən Kir, lidiyalıları cəzalandırmaq və Sard şəhərini yandıraraq yerlə-yeksan etmək üçün planlar hazırlamağa başladı. Məğlub olduqdan sonra II Kirin məhkəmə hakimlərindən biri təyin edilən keçmiş Lidiya kralı Kroesus isə heç bir zərər çəkmədən onun keçmiş krallığının ərazisindən əl çəkməyə razı salmaq üçün yalvarırdı.

Herodot qeyd edir ki, Kroesusun tövsiyəsi ilə Lidiya əhalisi tərkisilah edildi və insanların rahatlıq ümidlərini alt-üst edən ticarət haqqında sərt qanunları qəbul etdi.

Bunları etdikdən sonra Kroesus qeyd etdi ki, "insanlar artıq həddən artıq zəiflədilib və onlardan çəkinmək üçün heç bir əsas yoxdur."

İnsanlara qalib olduğunu göstərmək fikrində olan II Kir Kroesusun istəyinə qarşı çıxaraq, öz sərkərdəsi Mazaresi üsyanı yatırmaq və Paktiası cəzalandıraraq imperiyanın tərkibinə qaytarmaq üçün oraya göndərdi. Lakin Mazaresin rəhbərlik etdiyi ordu Sard şəhərinə yaxınlaşdıqda, paktiaslılar şəhəri tərk etdilər.

Mazares onları təqib edərək İoniya yunanlarını məğlub etdi, Priena və Maqneziya şəhər dövlətlərini tutdu, üsyan rəhbərini ələ keçirərək zəcalandırılması üçün II Kirin yanına göndərdi. Mazares daha sonra işğal kompaniyasını davam etdirərək Kiçik Asiaya doğru irəliləyir, lakin naməlum səbəbdən orada ölür.

Onun ölümündən sonra, II Kir ən seçilmiş və eyni zamanda Mazareslə eyni etnk kökdən olan sərkərdəsi Harpaqı onu dəfn etmək üçün Kiçik Asyiaya göndərir. Harpaq Mazaresin işini davam etdirərək Kiçik asiyada yeni fəthlərə imza atır və Lisiya, Kilikiya və Finikiyanı fəth edir.


Tarix: 27.01.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Midiya
loading...