Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və Din Qadın cihadı ərlərinə itaətdir!

Bəzən belə bir fikir səslənir ki, qadınlar da kişilərlə bərabər hərbi xidmətə getməli, əldə silah tutaraq döyüşlərdə iştirak etməlidirlər. Şəriət baxımından bunun nə dərəcədə düzgün olub-olmamasına diqqət yetirməyə çalışaq. İlk öncə qeyd edək ki, şəriət qanunlarına görə, qadınların əsgər getməsi və hərbdə iştirak etməsi düzgün sayılmır.
Peyğəmbər kişilər üçün cənnəti qılıncların kölgəsində (Cənnət qılıncların kölgəsi altındadır), qadınlar üçün isə onların ayaqları altında (Cənnət anaların ayaqları altındadır) hesab etməsi eyni anlamı verir, yəni qadınlar daha zərif və incə məxluq olduqlarından onların hərbdə iştirak etmələri məqsədəmüvafiq bilinməmişdir. Əslində, etiraf olunmalıdır ki, qadınlar vətənin müdafiəsi üçün ən səmimi və ən çox çalışan insanlardır. Hələ Ardı »

Qadın və Din Hicab taxmaq vacibmidir?

Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir. Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni "hicab vacib deyil, Allahın əmri deyil" deyərsə küfrə düşmüş olar.
Bu hökm üzrə ümmət icma etmişdir.
Hicab da namaz kimi Allahın əmridir. Namazı tərk etmək günah olduğu kimi, bir qadının naməhrəmlər yanında hicabsız gəzməsi də günahdır. Hicabı sidq ürəkdən istəmək məsələsinə gəlincə. Bəli biz bilirik ki, fərqli bir mühitdə böyüyüb tərbiyə almış, və eyni zamanda dinə yabançı bir mühitdə də həyatını Ardı »

Qadın və Din Rusiyalı filosof Azərbaycandakı hicab qadağasının iyrənc tərəflərini araşdırıb

Azərbaycanda dünyəvi, amerikayönlü rejim İslam qanunlarına riayət edən, müsəlman xanımların açıq-aşkar təqib etməyə başlayıb. Ölkənin Təhsil Nazirliyi "dinin məktəbdən ayrı olmasını”, "məktəbdə vahid geyim formasını” əsas gətirərək, məktəblərdə hicabı qadağa edib. İnanclı insanlar isə inanırlar ki, hicabın geyilməsi şəxsi bir seçim olaraq, "dinin dövlətə qarışmasına” gətirib çıxarmır və yalnız insanın vicdan azadlığını həyata keçirən bir prinsipdir.
Təəssüflər olsun ki, hicab geyinən qadınların təqibi yeni bir problem deyil. "Antihicab qanunlar” Avropanın bəzi ölkələrində çoxdandır ki KİV-də və cəmiyyətin geniş dairələrində kəskin müzakirə predmetidir. "Dünyəviliyin qorunması” altında Fransada dini geyimdə orta məktəblərə və dövlət qurumlarına gəlmə qadağası, bu yaxınlarda Belçikada baş verən "antihicab dalğası” Ardı »

Qadın və Din Qadın xoşbəxtliyi...

Ailə həyatı qurularkən hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Hər an və hər zaman onu xatırlasın, hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir, mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər evinə gələr-gəlməz qısa bir Ardı »

Qadın və Din İslam dünyasında qadın

İslam dünyası, fərqli coğrafi bölgələrə və iqlimlərə dağılmış vəziyyətdə olub, bir çox qövm və irqləri öz içində saxlayar. Orta şərqi, Afrika qitəsini, uzaq şərqi, Osmanlı İmperatorluğu dövründə İslam ilə tanış olmuş olan cənub şərq Avropanın bir neçə bölgələrini və bunlardan başqa Amerikada və şimal Avropanın içində olan Müsəlmanlar, İslam dünyasını təşkil etməkdədir.
Olduqca geniş bir sahəyə yayılmış olan İslam Dünyası, zəngin ölkələrə sahibsə də bir çox ölkələr də kasıblıq və geri qalmışlığın ağrısını çəkməkdədir. Bu geri qalmışlıq yalnız texnologiya və iqtisaddan ötəri deyil; bəzən də bu ölkələrdə bir-birlərinə hakim olmağa çalışan qövmlər arasındakı sürtüşmelerin meydana gətirdiyi iç faktor və İstikbar dünyasının tətbiq Ardı »

Qadın və Din Hicab taxmaq günahdır?

Bu gün əziz oxucularımla cəmiyyətdə mövcud olan və çoxlarının diqqətindən kənarda qalan bir problemi bölüşmək istəyirəm. Söhbət Hicabdan gedir. Azad demokratik öklədə yaşamağımıza baxmayaraq, bugün hicablılara qarşı münasibət fərqlidi. Mən buna ayrıseçkilik də deyərdim. Bu ayrıseçkiliyi həm cəmiyyətin hicablılar haqqında düşüncə tərzi, həm də onlara qarşı münasibətində müşahidə etmək olar.

Məsələn, 19 May 2010-cu il tarixdə Heydər Əliyev adına İdman və Konsert kompleksində keçirilən ümumdünya Qida Sənayesi sərgisinin ilk günündə 2 hicablı xanıma sərgiyə girmək qadağan edilmişdir. Nə səbəbə? Məlumdur ki, cəmiyyətdə yazılı və yazılı olmayan qanunlar mövcuddur. Yazılı qanunları pozan qanunla məsuliyyətə cəlb edilir, yazılmayan qanunları pozanlar isə cəmiyyət tərəfindən tənqid Ardı »

Qadın və Din MEHİR - Qadına verilən mülkiyyət haqqı

Mehir evlilik əsnasında qadına verilən maddi vəsaitdir. Mehir vermək qadına deyil, kişiyə vacibdir. Allah Quranda qadınlara verilən mehirlə bağlı belə buyurur: "Qadınlarınızın mehirlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" ("Nisa" surəsi, 4). Qadına verilən mehirdə nə qadının qohumlarının, nə də qadının ərinin heç bir mülkiyyət haqqı yoxdur.
Ancaq qadın bu məsələdə -ayədə də ifadə edildiyi kimi- heç kimlə məsləhətləşmədən istədiyi şəxsə istədiyi miqdarda öz razılığı ilə köməklik göstərə bilər. Mehir qadının şəxsi haqqı olduğu üçün ondan istifadə edərək cehiz hazırlamaq məcburiyyəti yoxdur. Hətta qadın ona məxsus olan bu mülkiyyətdən Ardı »

Qadın və Din Hicablı qadının geyimi

1. Hamı kimi, hicablı xanımın da geyindiyi paltarlar halal pulla alınmalıdır. Belə ki, haram yolla əldə olunan mallar ibadətin qəbul olunmamasına səbəb olur.

2.Paltarlar halal olmaqla yanaşı, qəsb yol ilə də əldə olunmamalıdır. Yəni istifadəsinə icazə alınmalı və zor gücünə kimdənsə alınmamalıdır.

3.Paltarın halallığı ilə yanaşı, təmizliyinə də diqqət yetirmək lazımdır. Lakin təmizlik dedikdə onların şəri baxımından murdar olmaması nəzərdə tutulur. Yəni onlar qan, sidik, nəcis, yaxud spermaya bulaşmamalıdır.

4.Xanımlar istifadə etdikləri geyim və hicab formasının yaşadıqları cəmiyyətə uyğun olmasına diqqət yetirməli və qeyri-adi tərzdə geyinməməlidirlər.

5. Hicablı xanımların geyim tərzi diqqəti cəld edəcək formada olmamalıdır. Yəni dar şalvar, qısa köynək və ya manto Ardı »