Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və Din Müsəlman qadının kosmetikası

Sən sadəcə olaraq sağlamlıq və xoşbəxtliklə nəfəs alırsan. Gözlərin elə sirli nur yayır ki, üzünün dərisi məxmər kimidir, əllərin hər zaman isti və zərifdir. Bu sirri mənə aç: hansı kosmetikadan istifadə edirsən", - deyə bir dəfə hər şeylə maraqlanan rəfiqələri ondan soruşdular. O gözlərini qaldırdı və yüngülcə gülümsəyərək cavab verdi. - Mənim sirrim yoxdu. Dodaqlar üçün məndə yalnız doğru və səmimilik, səs üçün daimi olaraq Allahı zikr eləmək, gözlər üçün mən mülayim lakin isti baxış istifadə edirəm.Əllər üçün - yaxşı və xeyirli işlər görmək. Bədən üçün çalışıram özümdə səbr və vicdan tapım.Qəlbim üçün yalnız Allah sevgisini istifadə edirəm. Dərrakə üçün isə Ardı »

Qadın və Din İslam ölkəsində qadın. Benəzir Bhutto

Şərqdə qadına münasibət, onun nəinki ailədi, hətta siyasi meydanda fəaliyyəti sübut eləyir ki, qadına qarşı son dərəcə diqqətli, həssas olmaq gərəkdir. Qadın-arvad ailədə ərinin, uşaqlarının xidmətində (qulluğunda) dayanan varlıqdır, intim münasibətə yad deyil, bu onun qadınlıq xislətidir. Tarixdə belə qadınlarımız saysızdır. Çağdaş dünyamızda isə... Bir məşhur adı xatırlayaq. Benəzir Bhutto. O, 1987-ci ildə ərə getdi. Pakistanlı B. Bhutto şərqli ailəsinə məxsus tərbiyə almışdır. Valideynləri sevərək evlənmişdilər. Bunun şübhəsiz ailədə uşaqlara müsbət təsiri vardı. Elə görünməsin ki, zahirən xoşagəlimli olan bu qız sevgiyə biganədir, başı təhsilə, siyasətə qarışdığından tələsmir. Xeyr, hər bir qıza xas mənəvi fiziki istək onun da qapısını döyməlidir.Benazir BhuttoBaxmayaraq Ardı »

Qadın və Din Xanımın ərə itaəti vacibdir

İmam Baqir (ə) buyurub: "Allahın rəsulu (s) qurban bayramı gününün əsr çağında dəvəsinə minib Mədinədən kanara çıxmışdı. Yol üstündə bir dəstə qadına rast gəldi. Ayaq saxladı, onlara müraciətlə dedi: "Ey qadınlar, sədəqə verin və ərlərinizə itaət edin. Sizin əksəriyyətiniz cəhənnəm əhlidir". Bunu eşidən qadınlar ağlamağa başladılar. Bu qadınlardan biri dedi: "Cəhənnəmdə kafirlər olacaq. Biz ki, kafir deyilik". Allahın peyğəmbəri (s.a.a.) buyurdu: "Siz ərlərinizin hüquqlarına kafirsiniz". ("Əl-əmali", c. 14, səh. 126, h. 3)

İmam Sadiq (ə) buyurub: "Əgər bir qadın gündəlik vacib namazlarını qılsa, ramazan ayında oruc tutsa, Həccə getsə, ərinə itaət etsə, İmam Əlinin vilayətini qəbul etsə, istədiyi qapıdan cənnətə daxil olar". Ardı »

Qadın və Din Günahkar qadınların cəhənnəm əzabları haqda

Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir: "Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan? Allahın rəsulu (s) buyrudu:
- Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı Ardı »

Qadın və Din Quranda qadın...

BİZ SƏNƏ KÖVSƏR ƏTA ETDİK

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.

2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!

3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!

(Kövsər surəsi)



Təfsir:


Bu surədə, Həzrət Rəsuləllahın (s) mübarək qəlbini sevindirmək üçün ona «Kövsər» əta olunduğu bəyan olunur. Burada bildirilir ki, oğlan övladı olmadığı üçün Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vuranın özü nəsli kəsilmişdir.
Bu surə, Quranın ən qısa surəsidir və onun Məkkədə, yoxsa Mədinədə nazil olması barədə müxtəlif rəvayətlər var. Nəzərə elə çarpır ki, bu surə Məkkədə nazil olmuşdur. Bir sıra təfsirçilər bu barədə mövcud olan hədislər arasındakı ziddiyyəti Ardı »

Qadın və Din Oruclunun arvadını öpməsi

Kişinin xanımını öpmək, əllə tutmaq, oxşamaq kimi vəziyyətləri orucu pozmaz. Bu vəziyyətdə sperma gəlmədikcə oruc pozulmaz. Nəfsinə güvənə bilməyən kimsənin xanımını öpüb oxşaması da məkruhdur. Çünki sperma gələrək orucun pozulma ehtimalı vardır. Özündən əmin olmaq şərti ilə, xanımını öpüb qucaqlamaqda kerahet yoxdur. Arvad ilə ərin çılpaq halda bir-birlərinə sarılmaları, nəfslərindən əmin belə olsalar, məkruhdur. Buna hədsiz mübaşərət deyilir. Kişinin xanımının dodaqlarını əmməsi də məkruhdur.
Arvadının və ya sevdiyi bir kimsənin ağız sununu udmaq orucu pozar. Bunda, bədənin müalicəsi və ya təgaddisi (qidalanması və qidalanması) və yaxud tələzzüzü (zövq və ləzzət alması) vardır. Bu səbəblə qəza ilə birgə kəffarəti də tələb edir. Ardı »

Qadın və Din Öz yerinə başqasını həcc ziyarətinə göndərmək olarmı?

Olar, ancaq bunun üçün birçox şərtlərə əməl olunmalıdır.Məlumdur ki, Həcc ziyarətikasıblara yox, varlı müsəlmanlara fərz buyurulmuşdur.Buna görə də maddi imkanı olan, ancaq ağır xəstə olduğu və ya qocalıb əldən düşdüyü üçün ziyarətə gedə bilməyən müsəlman öz əvəzinə başqasını Həcc ziyarətinə göndərə bilər. Bunun üçün o, belə bir adamı axtarıb tapmalı və təklifini bildirməlidir.Arada razılaşma olmalıdır. Göndərən adam Həccə gedənin bütün yol xərclərini, lazım olan məsrəfləri ödəməli, onun ailəsinin həmin müddət ərzində normal dolanışığı üçün maddi məbləği təmin etməlidir. Yəni Həccə gedən adamın nə özü maddi sıxıntı çəkməli, nə də gözü arxada qalmalıdır. Gedən adam ehrama girərkən və qurban kəsərkən öz adından Ardı »