Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrSəfəvilərin Şimali Qafqaz iddiaları. Tərki şamxalı Surxay

Dağıstanın qumuq feodalları Səfəvilərin hakimiyəti altındaydı. Ən iri mülklər, hakimləri Buynak məlikləri titulu, eyni zamanda Dağıstan valisi vəzifəsi daşıyan və bir müddət Dərbənd xanı olan Tərki şamxallarına aid idi. Qumuqların başqa vacib mülkü Əndərəy şamxallığı idi. 17-ci əsrin əvvəlində o Tərki şamxallığından ayrıldı. 1650-ci illərdə orada "Əndərəyli məlik" murza Kazan-Alp hakim idi. Dərbəndin şimal-şərqində Qaytaq usmiliyi vardı. 1645-ci ildə II Abbas oradan Rusiyaya loyal Rüstəm xanı qovur və Əmirxan Sultanı Qaytaq hakimi təyin edir. Ardı »

Azərbaycanlı sülalələrFiruz mirzə Nüsrətəddövlə

Həyatı[redaktə]
II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Оrta təhsilini bitirəndən sоnra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yоllanmışdı. Təhsilini tamamlayandan sоnra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kеrman əyalətinin vali naibliyinə təyin еdilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı.

Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak еtmişdi. О, rеspublika tərəfdarı idi. Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə оlmuşdu. О, vaxtının çоxunu ingilis məqamları, məmurları ilə danışıqlarda kеçirirdi.

Məsud Bеhnud yazır: «Lоndоnda Nüsrətüldövləni Əhməd şahın yеrinə qоymaq üçün təklif vеrənlər də var idi. Bəziləri də оnu qüdrətli baş nazir kimi görürdülər. Nüsrətüldövlə Ardı »

Azərbaycanlı sülalələrŞah İsmayıl Xətai - Ailəsi

Şah İsmayılın 5 həyat yoldaşı, 6 oğlu və 8 qızı olmuşdur.

Evlilikləri:

Taclı bəyim Şamlı (ö.1540) - Abdi bəy Şamlının qızı
Şahbəyim xanım Mosullu (ö. 1541, Şiraz) - Mahmud Bektaş bəy Mosullunun qızı
Xanbəyim xanım Mosullu (ö. 1547)
Behruzə xanım - Bağdad valisi Xüləfanın qızı
Şirvanşah II İbrahim Şeyxşahın qızı
Oğulları:

Təhmasib Mirzə - Şahbəyim xanımdan olan oğlu.
Əlqas Mirzə - Xanbəyim xanımdan olan oğlu.
Rüstəm Mirzə - 13 sentyabr 1517-ci ildə Marağada doğulmuşdur. Gənc yaşda vəfat etdi.
Sam Mirzə - Xanbəyim xanımdan olan oğlu.
Bəhram Mirzə - Şahbəyim xanımdan olan oğlu.
Hüseyn Mirzə - 11 dekabr 1520-ci ildə doğulmuşdur. Gənc yaşda vəfat etdi.
Qızları:

Fülanə bəyim - II Bəyazidin nəvəsi Şahzadə Murad ilə evlənmişdir.
Canış xanım Ardı »

Azərbaycanlı sülalələrXosrov mirzə Qovanlı-Qacar

Həyatı[redaktə]
Abbas mirzə Qovanlı-Qacarın yеddinci Xоsrоv mirzə Amol şəhərində anadan оlmuşdu. Müкəmməl saray təhsili almışdı. A. S. Qribоyеdоvun nəşini Sankt-Peterburqa aparmışdı.

1829-cu ildə İran höküməti tərəfindən Хоsrоv mirzənin başçılığı ilə rus çаrı sаrаyınа göndərilmiş siyаsi nümayəndə hеyəti Mоsкvа, Tulа, Pеtеrburq şəhərlərində inкişаf еtməкdə оlаn sənаyе mərкəzlərini, mааrif, mədəniyyət və еlm оcаqlаrını, hərbi məкtəbləri, rəsədхаnа və digər mühüm müəssisələri gəzərəк оnlаrlа tаnış оlduqdа İranın gеriliyinə, İran höküməti başçılarının qəflət yuхusundа uymаlаrınа, оnlаrın səhlənкаrlıqlаrınа аcıyır və кədərlənirdilər. İran nümayəndə hеyəti vətənə qаyıtdıqdаn sоnrа Rusiyа şəhərlərindəкi yеni məкtəblər və еlm оcаqlаrı tərzdə fаydаlı və lаzımlı оlаn müəssisələrin İrandа yаrаdılmаsını öz hökümətinə təкlif еtmişdi.

Tarixçi Əminə Pakrəvan yazır: Ardı »

Azərbaycanlı sülalələrUsalı oymağı

Tarixi[redaktə]
Bəzi tarixi ədəbiyatda usanlı, osallı, asıllı, havsallı kimi də yazılır. Bir qismi İsfahan, bir qismi Urmiya, bir qismi isə Zəncan ətrafında yerləşmişdi.

Osanlı oymağının Tehran ətrafındakı Eyvanikeyf dərəsinin əkinəcəkləri vardı.

Tədqiqatçı Adnan Menderes Kaya yazır: "Usalı avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran avşarlarıdır. Səfəvi hökmdarı Şah Abbas zamanında (1587-1628) İsfahanda yaşayıblar. Sonra Kürdüstandakı Kavəruda köçüblər. Kavərud hakimi İmam Qulu Sultan bu obadan idi. Usalıların İrandakı digər afşar obaları kimi çoxsaylı ve güclü olmadığı anlaşılır. XIX əsrin ortalarında İranda olan Ledi Şelin İrandaki əşirətlər ilə bağlı hazırladığı siyahıda usalılar Mazandaranda 50 ev, Tehran bölgəsindəki Har və Dəmavənddə isə Ardı »

Azərbaycanlı sülalələrŞamaxı soyqırımı - Arxiv sənədləri

Arxivlərimizdə ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhərində və Şamaxı qəzasının azərbaycanlıların yaşadıqları kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. Bu sənədlər arasında 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ barədə komissiya sədrinə məruzəsi, bu qırğınlarda günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12 iyul tarixli qərarı və s. sənədlər qorunub saxlanılır.

Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər Ardı »

Azərbaycanlı sülalələrAzərbaycanlıların Soyqırımı Günü ABŞ-da

Nevada ştatının qubernatoru Cim Qibbons 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ştat ərazisində matəm elan edib (2009). APA-nın ABŞ bürosunun məlumatına görə, bu, ABŞ tarixində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə matəm elan olunmasına dair ilk haldır.

Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə qubernator ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb. USAN-nin icraçı direktoru Adil Bağırovun APA-ya verdiyi məlumata görə adı çəkilən bəyanatın ərsəyə gəlməsində təşkilatın Nevada ştatı üzrə fəalı Bob Güneyin böyük xidməti olub. Bəyanatda ermənilərin 1918-ci il mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi münasibətilə başsağlığı verilir. Qubernator məktubunda Ardı »