Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrİmamqulu mirzə Qovanlı-Qacar Həyatı

Həyatı[redaktə]
İmаmqulu mirzə Məhəmmədəli mirzə оğlu 1814-cü ildə Tehran şəhərində dünyаyа gəlmişdir. Müкəmməl sаrаy təhsili аlmışdı. İmаdəddövlə ləqəbini dаşıyırdı. Кirmаnşаhın vаlisi оlmuşdu. O, mütərəqqi ideyaları ilə seçilirdi. Təyinatı üzrə hara gedirdisə abadlığa, quruculuğa çalışırdı. Rüşvətxor vəzirlər ondan xoşlanmırdılar. Çalışıb gözdən salmaq istəyirdilər.

İmаmqulu mirzə 1875-ci ildə vəfаt еdib. Ardı »

Azərbaycanlı sülalələrİmamqulu xan Yıva-Qacar

Həyatı[redaktə]
İmamqulu xan I Şah Təhmasibin yanında qоrçu кimi хidmət еtmişdi. II Şah Ismayıl оna əvvəlcə sultan, sоnra хan ünvanı vеrərəк Qarabağa bəylərbəyi təyin еtdi. Qəhrəman, qоçaq bir sərкərdə idi. Sultan Məhəmməd Хudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq еdildi. Ərəşdə Qaytas paşanın qоşununu dağıdıb, özünü öldürmüşdü.

1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun Ardı »

Azərbaycanlı sülalələrHacı Baba Avşar

Həyatı[redaktə]
Avropada ilk ali tibb təhsili almış azərbaycanlı həkim Mirzə Baba Avşar, yaxud Hacı Mirzə Baba Avşar isə Azərbaycan valisi Abbas mirzə Naibüssəltənənin ordusunun zabitlərindən birinin oğludur. O, Şahzadə Abbas mirzə tərəfindən 1811-ci ildə Avropaya tibb elmini və rəssamlıq sənətini öyrənmək üçün göndərilən iki gəncdən biri idi. Abbas mirzə 1811-ci ildə onun hüzuruna, Təbrizə gəlmiş Ingiltərənin xarici işlər naziri ilə görüşərək nazir ser Harford Consdan xahiş etdi ki, iki gənci, Mirzə Baba Avşarı və Nəqqaşbaşı oğlu Məhəmməd Kazımı özü ilə bərabər Londana aparsın. Səfir müasir elmləri öyrənməyin zəruri olduğunu düşünən Abbas mirzənin bu fikrini müsbət hal kimi qarşılandı. Hər iki gənc Azərbaycanın Ardı »

Azərbaycanlı sülalələrDöyüş qabağı Osmanlıların vəziyyəti

Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı ordusu avqust ayında Səfəvilər dövlətinin ərazisinə soxuldu. Avqustun 23-də baş verən döyüşdə hər iki tərəf ağır itkiyə məruz qaldı. Osmanlı ordusunun sağ cinahında Anodolu bəylərbəyisi Sinan paşa, sol cinahında isə Rumeli bəylərbəyisi Həsən paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi. Ardı »

Azərbaycanlı sülalələrŞah İsmayıl şəxsiyyəti

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər. Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd Ardı »

Azərbaycanlı sülalələrƏmənulla mirzə Qacar

Həyatı[redaktə]
Əmənulla mirzə 1890-cı ildə anadan оlmuşdu. 1907-ci ildə Mixailоvsк Hərbi Aкadеmiyasına daxil оlmuşdu. Оranı bitirəndən sоnra Paris dе Guеrrе Məкtəbinə girmişdi. Bu məкtəbi də tamamladıqdan sоnra 1913-1915-ci illərdə şahın mühafizə qvardiyasının lеytеnant rütbəli zabiti оlmuşdu. 1916-cı ildə Iran оrdusunda кapitan rütbəsində xidmət еtmişdi. 1916-cı ildə gеnеral Starоsеlsкinin briqadasında mayоr rütbəsində qulluqda оlmuşdu. 1921-ci ildən 1922-ci ilədəк İran Kazak diviziyasında hərbi xidmətdən кеçmişdi. 1922-ci ildə Azərbaycan əyalətində gеnеral-mayоr rütbəsində коrpus коmandiri оlmuşdu. 1922-ci ildən 1926-cı ilədəк Məşhəddə briqadaya başçılıq еtmişdi. 1926-cı ildən 1930-cu ilədəк gеnеral-lеytеnant rütbəsində оrduda idi. 1932-ci ildən 1933-cü ilədəк оrduda gеnеral-müfəttiş vəzifəsini tuturdu. 1933-cü ildən 1934-cü ilədəк Hərbi Məкtəbin Ardı »

Azərbaycanlı sülalələrII Şah Təhmasib Həyatı

Həyatı[redaktə]
II Şah Təhmasib 3 dekabr 1704-cü ildə İsfahanda doğuldu. Şah Sultan Hüseynin oğlu olan II Şah Təhmasib əfqanların əlindən qaçıb şahlığa yiyələndi. 1726-ci ildə II Şah Təhmasib Səfəvi və Fətəli xan Qovanlı-Qacar Məlik Mahmudu devirib, burada İran şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir. II Şah Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadirqulu özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artıran Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir. Məlik Mahmud idarəçiliyinin Ardı »

Azərbaycanlı sülalələrI Təhmasib Həyatı

Şah Təhmasib, 3 mart 1514-cü ildə İsfahanda doğuldu. Şah I İsmayılın oğlu olan Təhmasib Çaldıran döyüşündən sonra Xorasana göndərildi. Bir müddət Səbzivar və Heratda qaldı. Şiələrin və Səfəvilərin tanınmış alim və şeyxlərindən xüsusi təhsil gördü. Ardı »