Həyatı[redaktə]
Azərbaycanın zəngin istedadlar kəhkəşanında miniatür rəssamı Sadiq bəy Əfşar ən parlaq ulduzlardan biridir. İstedadı Allah vergisi olan bir şəxsiyyət kimi Sadiq bəy Əfşar öz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı Şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanır), musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirəçilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır.
Bu qeyri-adi dərəcədə istedadlı şəxsiyyətin həyatı kəskin süjetli macəra romanlarını xatırladır. Biz onu gah dərviş kimi səyahət edən, gah kiçik bir malikanənin təsərrüfatını idarə eləyən, gah da dəhşətli döyüş səhnələrinin qəhrəmanı, bütün bunların fonunda isə ömrü boyu öyrənməyə can atan əbədi tələbə, həm də görkəmli sənətkar və nəhayət, şah Ardı »